BNA-nın şöbə müdiri: "Bakıda radial və dairəvi yolların inşasını təklif etmişik" - MÜSAHİBƏ

BNA-nın şöbə müdiri: "Bakıda radial və dairəvi yolların inşasını təklif etmişik" - MÜSAHİBƏBakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda yolların optimallaşdırılması işləri həyata keçirilir.

Agentliyin Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov həyata keçirilən işlərlə bağlı "Report"a müsahibə verib:

- Yolların layihələndirməsində əsas prinsiplər nələrdir?

- Avtomobil yolları nəqliyyat axınının intensivliyi, təsərrüfat, inzibati əhəmiyyəti və digər parametrlərə görə dərəcələrə bölünür. Layihələndirmə zamanı da bütün bu amillər, o cümlədən ekoloji, sosial və iqtisadi aspektlər nəzərə alınır və yollar dizayn edilir. Yolların layihələndirilməsində əsas prinsip hər zaman təhlükəsizlikdir. Yollar layihələndirilərkən bütün yol hərəkəti iştirakçıları nəzərə alınmalıdır. Bundan əlavə, yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi də əsas şərtlərdəndir.

- Yollarda rahat hərəkətin təmin edilməsi üçün nələrə ehtiyac var?

- Bunun üçün yollarda hərəkət ən yaxşı şəkildə təşkil edilməli, bütün komponentlər nəzərə alınmalıdır. Yollar yol nişanları, nişanlanma xətləri, məlumat lövhələri, işıqlandırma və digər texniki vasitələrlə təmin olunmalıdır. Yol istifadəçilər üçün maksimum başadüşülən olmalıdır. Eyni zamanda səkilər, velosiped yolları, avtobus zolaqları rahat hərəkətin təmin edilməsi üçün zəruri faktorlardır.

- Piyada rahatlığını təmin edən yollar necə olmalıdır?

- Piyadalar ən həssas yol hərəkəti iştirakçılarıdır. Bu səbəbdən küçələr layihələndirilən zaman hər şey, ilk növbədə, onların təhlükəsizliyinə hesablanmalıdır. Nəzərə almalıyıq ki, sürücü də, sərnişin də səyahətinin bir hissəsini məhz piyada kimi davam etdirir. Ölkəmizdə qüvvədə olan şəhərsalma və tikinti normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda, yaşayış məntəqələrində səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Eyni zamanda səkilərin hündürlüyü 15 sm olmalı və əlçatanlıq təmin edilməlidir. Piyadaların yollarda rahat hərəkətini təmin etmək üçün tələbata və qanunvericiliyin tələblərinə uyğun olaraq, piyada keçidləri təşkil edilməlidir. Piyada əlçatanlığının təmin edilməsi də yolların və yol infrastrukturunun layihələndirilməsi zamanı nəzərə alınmalı əsas məsələlərdəndir.
BNA-nın şöbə müdiri: "Bakıda radial və dairəvi yolların inşasını təklif etmişik" - MÜSAHİBƏ- BNA tərəfindən yollarda təhlükəsizliyin və rahatlığın təmin olunması üçün hansı işlər görülüb?

- Agentlik Bakı şəhərində rahatlığın və təhlükəsizliyin artırılması üçün davamlı tədbirlər həyata keçirib. Bu həm yolların layihələndirilməsi zamanı, həm piyada və ictimai nəqliyyat infrastrukturunun təşkili, həm də daşınmalarda təhlükəsiz nəqliyyat vasitələrinin və peşəkar sürücülərin payının artırılması ilə özünü biruzə verib. Təkcə ötən il ərzində Agentlik tərəfindən yol hərəkətinin təşkili ilə bağlı 40-a yaxın küçə və prospektdə layihələr həyata keçirilib, 15 yol kəsişməsində sarı kəsişmə toru tətbiq edilib. Piyadaların rahat hərəkəti üçün ideal səki layihəsi reallaşdırılıb.

Fəaliyyət müddəti ərzində əlçatanlığın və təhlükəsizliyin artırılması məqsədilə 100-dən çox küçə və prospektdə panduslar, tumbalar quraşdırılıb, yeni piyada keçidləri təşkil edilib. Sərnişinlərin rahatlığı üçün ümumilikdə 405 yeni avtobus alınıb, 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilib, müasir standartlara cavab verən Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. Alternativ nəqliyyat növlərinin inkişafı istiqamətində araşdırmalar aparılıb, velosiped yolları layihələndirilib və nümunə üçün Puşkin küçəsində təşkil edilib.

Yollarda sıxlıqların aradan qaldırılması, hərəkət fasiləsizliyinin təmin edilməsi məqsədilə qanunsuz parklanmya qarşı mübarizə tədbirləri gücləndirilib, bu məqsədlə ən problemli ərazilərdə 100 ədəd kameralar quraşdırılıb. Bütün sadalanan işlər Bakı şəhərində mobilliyin artırılmasına, insanların piyada, yaxud da müxtəlif nəqliyyat növləri ilə rahat, təhlükəsiz hərəkətinə xidmət edir.

BNA-nın şöbə müdiri: "Bakıda radial və dairəvi yolların inşasını təklif etmişik" - MÜSAHİBƏ- Yolların optimallaşdırılması ilə bağlı daha hansı işlərin görülməsi nəzərdə tutulur?

- Agentlik tərəfindən icrasını gözləyən bir sıra layihələr mövcuddur. Bu il ərzində həmin layihələrin davamlı olaraq icrası planlaşdırılır. Hal-hazırda Yusif Səfərov küçəsinin 28 May və Nizami küçələri ilə kəsişmələrində yeni nizamlanan yolayrıcların yaradılması ilə şərq-qərb koridorunun təşkili istiqamətində işlər görülməkdədir. Bu layihə Yusif Səfərov küçəsinin şərq və qərb hissələrinin əlaqələndirilməsi, Yusif Səfərov küçəsində nəqliyyat sıxlıqlarının aradan qaldırılması ilə axının intensivləşdirilməsi ilə yanaşı, həm də həmin ərazilərdə biznes mühitinin inkişafı, nəqliyyat vasitələrindən ətraf mühitə atılan tullantıların azaldılması baxımından çox mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda Agentlik hazırlanmaqda olan Bakı şəhərinin Baş Planının əsas nəqliyyat tərəfdaşlarındandır. Bu plan çərçivəsində Agentlik tərəfindən Bakı şəhərində yol şəbəkəsinin optimallaşdırılması məqsədilə yeni radial və dairəvi yolların inşası, eyni zamanda alternativ nəqliyyat növlərinin inkişafı ilə bağlı bir sıra təkliflər öz əksini tapıb.
BNA-nın şöbə müdiri: "Bakıda radial və dairəvi yolların inşasını təklif etmişik" - MÜSAHİBƏ- Yol hadisələrinin və tıxacların yaranmasında yolların modern standartlara uyğun olmasının, optimallaşmamasının payı nə qədərdir?

- Layihələndirmə həm təşkil, həm də təhlükəsizlik cəhətdən çox vacibdir. Səhv layihələndirmələr yollar istifadəyə verildikdən sonra butulka effektlərinin yaranmasına, piyadaların yollarda çətinlik çəkməsinə səbəb ola bilir. Xüsusən küçələr layihələndirilərkən təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Bakı Nəqliyyat Agentliyi son dövrlərdə layihələndirildiyi Məzahir Rüstəmov və İnqilab İsmayılov kimi küçələrdə bu məsələni xüsusilə diqqətdə saxlayıb. Hər iki küçədə nəqliyyat intensivliyinə uyğun olaraq hərəkət zolaqları müəyyən edilib, səki çıxıntıları hesabına cib tipli parklanma yerləri və təhlükəsiz piyada keçidləri təşkil olunub.

Bu cür layihələndirilmiş küçələrdə sürücülər nəqliyyat vasitəsilərini yüksək sürətlə idarə etməkdən çəkinir, piyadalar üçün daha təhlükəsiz mühit yaranır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 29 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 371
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 487
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 443
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 423
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 95
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 832