ABŞ-dan vətənə dönən İlhamə: "Güzgüyə baxanda özümdən qorxuram"

ABŞ-dan vətənə dönən İlhamə: "Güzgüyə baxanda özümdən qorxuram""ABŞ-dan niyə qayıtmağımla bağlı sual verilməsi mənə pis təsir etdi. Azərbaycan vətəndaşıyam. ABŞ-a köçməmişdim. İşlərimlə bağlı getmişdim. Karantinə görə uçuşların yaxın iki ayda dayandırılacağını biləndə, bilet alıb mart ayının əvvəlində Azərbaycana döndüm".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində "Yeni Ulduz" mahnı yarışmasının qalibi, populyar estrada ulduzu İlhamə Qasımova deyib.

Üç il həsrətdən sonra vətənə qayıdan sənətçi ABŞ-a getməyinin səbəblərini açıqlayıb:

"Səyahət etməyi çox sevirəm. ABŞ-da qaldığım müddətdə blüz musiqi janrının dərinliklərini öyrəndim. İki il ərzində hər gün peşəkar musiqiçilərlə məşq edirdim. Bir il yarım Manhetten şəhərində qaldım. Daha sonra isə Bruklinə köçdüm. ABŞ-a nələrisə əldə etmək üçün getməmişdim. Bu səyahətdə dünyagörüşümü artırdım, ingilis dilini mükəmməlləşdirdim".

"Xaricdə yaşayırsa, qaz vurub, qazan doldurur" fikirlərinin səhv olduğunu bildirən müğənni oradakı həyatın asan olmadığını dilə gətirib:

"ABŞ-da yaşamaq hamının düşündüyü kimi asan deyil. Şəxsən mənə orada dostlarım çox kömək oldu. Kiçik çıxışlarım olurdu, bu işlərdən az-çox pul qazanırdım. Amma qaz vurub, qazan doldurmurdum. Ora pul qazanmaq üçün də getməmişdim.

Bəzi vətəndaşlarımız ABŞ-a pul qazanmaq üçün gedirlər, amma səhv iş görürlər. Orada həmyerlilərimizin qazancı Azərbaycanda verilən əməkhaqqından aşağıdır. İnanın ki, yaşayış yerləri də yaxşı səviyyədə deyil. Bəlkə də onlar Azərbaycanda çalışsalar, qat-qat çox qazanarlar. Amma onlar bunu ya anlamırlar, ya da ki həqiqəti qəbul etmək istəmirlər".

İlhamə sağlamlığında yaranan problemlərlə bağlı okeanın o tayına baş vurduğunu bildirib:

"Ötən yay vətənə qayıtmalı idim. Səhhətimdə problemlər yarandığı üçün təyyarəyə minə bilməzdim. Yenidən ABŞ-a getməyi planlaşdırmıram. Pandemiyadan sonra xarici ölkəyə səfərə getmək mənim üçün çətindir. Virusa görə gözlənilməz qərarlar qəbul oluna bilər və getdiyin ölkədən geri qayıda bilməzsən. Bu kimi məsələlər var. Sağlamlığımda "panik atak" kimi hallar müşahidə olunur. Bağlı məkanda 2-3 saatdan çox qala bilmirəm. ABŞ-dan Azərbaycana gəlmək üçün 12 saat təyyarədə uçmaq lazımdır. Məhz bu səbəbdən təyyarəyə minə bilmirdim".

Müğənni ABŞ-da olduğu müddətdə oraya köçən həmkarları ilə görüşə bilmədiyini deyib:

"Elariz Məmmədoğlu ilə görüşməyi çox istəyirdim. Hətta azərbaycanlı dostlarımla bərabər onun açdığı kafeyə getmək istəyirdim. Sadəcə, vaxt baxımından alınmadı. Elmir Məhərrəmovla münasibətim və tanışlığım yoxdur.

Ədalət Şükürov ABŞ-a gələndə ona "Instagram"dan yazdım ki, görüşək. Amma o, mənə cavab vermədi. Özü bilər... Nadir Qafarzadə gəlmək istəyirdi. Söylədim ki, burada balaca evimdə qala bilərsən. Amma sonra planları dəyişdi, gəlmədi".

"ABŞ-da ailə qurub" xəbərlərini isə ulduz yalanlayıb:

"Ailə qurmamışam. Bu şayiədir. Subayam. Yalnız olduğuma inanmırlar. ABŞ-da başım yalnız evə və məşqlərə qarışmışdı. Ailə qurmaq barədə heç düşünmürdüm. Ailə qurmaq asan məsələ deyil. İstəyərəm ki, ailəm və övladım olsun. Ailə quranda anlamalısan ki, bu şəxslə ömrünün sonuna kimi yaşayıb, qocalacaqsan.

Azərbaycana qayıdandan sonra evlilik təklifləri almağa başladım (gülür). Amma orada mənə heç kim evlilik təklifi etmədi. Bəlkə də bu ondan irəli gəlir ki, sosiallaşmırdım, yəni insanlarla qaynayıb-qarışmırdım. Rəfiqələrim "party"lərə mənim də qatılmağımı istəsələr də, getmirdim. Zamanımın çoxunu evdə keçirirdim. Onlar deyirdilər ki, sən çox darıxdırıcısan. Əylənməyi sevmirəm, içki içmirəm, tənbəl insanam. Sanki 80 yaşım var. Ailə qurmaq üçün sosiallaşmaq, ünsiyyətdə olmaq lazımdır. Amma əfsuslar olsun ki, belə deyiləm. Əvvəllər belə deyildim, amma indi çox tənbəlləşmişəm".

Bir zamanlar arıqlaması ilə gündəmə gələn İ.Qasımova Azərbaycana gələndən sonra karantində 10 kiloqram kökəldiyini söyləyib:

"Hazırda ata yurdum Lənkəran şəhərindəyəm. Heç bir iş görmürəm. Elə bu səbəbdən 10 kiloqram kökəlmişəm. Efirdə məni görənlər qorxacaqlar (gülür). Güzgüyə baxanda özümdən qorxuram. Sifətim güzgüyə yerləşmir.

Bir müddət hədsiz dərəcədə arıqladım. Sonra ABŞ-da olan müddətdə qidama fikir vermədim. İdman etmədim. Orada bu baxımdan passiv həyat tərzi sürdüm və bir neçə kiloqram kökəlmişdim. Bura qayıtdıqdan sonra haqqımda gəzib-dolaşan dedi-qoduları eşidib, depressiyaya düşdüm. Depressiyada olanda da istər-istəməz yeməyə başlayırsan. Beləcə, çəkim artdı".

Toylar və səhnə üçün darıxan həmkarlarından fərqli olaraq, İlhamə Qasımova karantindən sonra dörd ay heç bir iş görməyəcəyini deyib:

"Karantin bitsə də, inanmıram ki, biz müğənnilərin işi yoluna düşəcək. Deyim ki, yeni mahnılar yazdırmışam, yalan olar. Yaxın dörd ay ərzində də heç bir şey etməyəcəyəm. Pandemiyanın sovuşmasını gözləyəcəyəm. Bu dəqiqə mənim üçün ən vacibi valideynlərimin yanında olmağımdır. Karantin bizə yaxınlarımızın qədrini bilməyi öyrətdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2258   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207