"Mənə iltifat etmək istəyənlər ikiüzlücə yalan danışırdı" - Ülvira

"Mənə iltifat etmək istəyənlər ikiüzlücə yalan danışırdı" - Ülvira"İlk plastik əməliyyatımı hələ məşhur evlilik verilişim efirdə olanda etdirdim. Atadanqalma bir estetik qüsurum vardı, iltifat etmək istəyənlər ikiüzlücə yalan danışardı - yox, bu, səni korlamır, heç görünmür, nə bilim nə... Özüm kor deyildim, gözlərim var idi, altında da tünd tuluqlar. Efirdən əvvəl ha özünə əl qat, ha qrimçi bir ton tonal krem, üstündən açıq rəngli ənlik çəksin - xeyri yox idi, hirsli üz ifadəsi məni tərk etmirdi".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Ülvira Qarayeva sosial şəbəkədə yazıb.

O, estetik əməliyyatlardan öncəki fotosunu paylaşaraq ilk dəyişimə cəhdindən bəhs edib:

"O vaxtlar bir rəfiqəm bu dözülməz problemi aradan qaldırmaq üçün məni tanış həkiminin yanına apardı. Mənə başdan demişdi ki, bu əməliyyat ümumi narkozsuz olur. Nəysə ki, həyatımda ilk dəfə, özü də könüllü şəkildə əməliyyata girdim. Gülməli çiçəkli xalatı geyindim, keçib əməliyyat masasına uzandım. Üz nayihəsinə iynə vurmaqla əksər müasir xanımlar kimi məni də qorxutmaq mümkün deyildi - mezo və biopolimer əməlli təcrübə olmuşdu. Həkim az gülümsəyirdi, həkimlərə xas yumşaq, amma zabitəli tərzdə danışırdı. Eyni təmkinli, etirazlara dözməyən səslə əməliyyatın bitdiyini dedi. Əməliyyatdan İlhamə Quliyeva özgüvəni ilə çıxmışdım, amma üzüm eyni özgüvəni haqq etmirdi - kirpiklərin dibində tikanlanan saplar, həkimin göy markerlə çəkdiyi xəttlər məni model görünüşündən daha da uzaqlaşdırmışdı.

Evdə bir neçə gün tikişləri mazla yumşaltdım və vaxtı çatanda onları açdırmağa getdim. Əməliyyat cümə günü axşam efirdən sonra idi, birinci gün sağ-salamat efirə çıxdım. Düzdü, hər gün evdən çıxmazdan əvvəl tikişlərin uzanan saplarını kəsib, qısaltmaqla məşğul idim. Qrimçi isə onları tamamilə görünməz edirdi. Bu, mənim ilk və çox bəyəndiyim dəyişimim oldu, cizgilərim və baxışım yumşaldı. Amma həkimlə son görüşüm deyildi, hələ çox düşəcəkdim əlinə".

"Mənə iltifat etmək istəyənlər ikiüzlücə yalan danışırdı" - Ülvira


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2879   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1868
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

13:00 207
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 263
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 970
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

12:00 592
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 731
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 504
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1022
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 378