Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub - STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 26-na olan statistik göstəriciləri açıqlayıb.

BiG.AZ xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 2 927 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 276 338 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 403 nəfərə, sağalanların sayı 2 819 nəfərə, ölənlərin sayı isə 52 nəfərə çatıb.
Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub - STATİSTİKA


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 840 Tarix: 26.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər