İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb

İcra başçısından götürülmüş testin nəticəsi açıqlandı - Şamaxıda 5 nəfərdə virus aşkarlanıb"Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da müvafiq profilaktiki tədbirlər həyata keçirilir".

Bunu Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev deyib.

O bildirib ki, bu tədbirlərdən biri də müəssisə və təşkilatların, eyni zamanda icra hakimiyyəti əməkdaşlarının testlərə cəlb edilməsidir:

"Bu testlər keçirilərkən, əməkdaşlarımızdan yalnız birində koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Həmin əməkdaşımız hazırda xüsusi karantin zonasında olan xəstəxanalardan birində yerləşdirilib. Digər əməkdaşlarımız isə sosial izolyasiya rejimində işlərini davam etdirirlər".

T. Qəniyev qeyd edib ki, icra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb:

"Ümumilikdə icra hakimiyyəti əməkdaşlarının, icra hakimiyyəti başçısının testinin nəticələri neqativ çıxıb və növbəti testlərdən də keçəcəyik. Hazırda bayram günləri olduğu üçün qeyri-iş günləridir. Amma testin nəticələri neqativ çıxdığı üçün biz işimizi davam etdirəcəyik".

T.Qəniyev rayonda olan ümumi vəziyyətə də aydınlıq gətirib:

"Rayonda vəziyyət stabildir. Rayonda da testlər mütəmadi olaraq keçirilir. İndiyə qədər rayon sakinlərindən 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb".

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir (apa).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1437   Tarix: 26 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381