Çoxuşaqlı ana səhərəcən DÖYÜLDÜ - Haraya gələn olmadı
Rusiyanın Sankt-Peterburq şəhərində qəddarlığı ilə hər kəsi şoka salan dəhşətli hadisə baş verib. Belə ki, çoxuşaqlı ana Lidiya Kuxa vətəndaş nikahında olduğu əri tərəfindən bütün gecə boyunca döyülüb, 24 saat yardım gözləyib və xəstəxanada ölüb.
Məlumata görə, beş uşaq anası olan Lidiyanın 12 il bir yerdə yaşadığı əri ona hücum edib və tava ilə dəfələrlə başına zərbə endirib.
"VKontakte" sosial şəbəkəsində Lidiyanın qardaşı bildirib ki, qonşular səhərə qədər onun qışqırığını eşidiblər.
Qonşudan niyə polis çağırmadığını soruşduqda isə belə şeylərə öyrəşdiyini və onun üçün fərqi olmadığını deyib.
Ertəsi gün zərərçəkən qadının uşaqları qonşuya gedərək yemək istəyiblər və analarının xəstə olduğu üçün onlara yemək verə bilmədiyini deyiblər.
"Qonşu uşaqları yedizdirdikdən sonra, onları evlərinə aparıb və Lidiyanı görüb. Ev tamamilə darmadağın halda olub, linoleum cırılıb, bəzi yerlərdə laminat qopub, bütün əşyalar dağılıb, şkaflar sınıb. Lidiya yerdə başı çarpayının altında uzanmış vəziyyətdə olub", - deyə qadının qardaşı yazıb.
Lidiya xəstəxanaya ancaq növbəti gün gecə vaxtı aparılıb. Onda çoxsaylı baş-beyin travması müəyyən edilib. Yaralar ölümcül olub. Bir gün sonra qadın dünyasını dəyişib.
Qadının bir yerdə yaşadığı Pavel Sinkiyenko əvvəlcə gizlənsə də, sonradan saxlanılıb. Bununla belə, bir neçə gün sonra girov müqabilində azadlığa buraxılıb.
Lidiyanın qardaşı hüquq-mühafizə orqanlarının hələ də bu məsələ ilə bağlı cinayət işi qaldırmadığını deyərək, obyektiv və tam araşdırma üçün kömək istəyib. / Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2729 Tarix: 23 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
18.12.2025 244 Yeni il hədiyyələri alarkən diqqətli olun!
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları
18.12.2025 209 Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində
18.12.2025 198 "YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?
Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini
18.12.2025 191 Mehriban Xanlarovadan haqqında çıxan iddialara - Cavab
Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, aktrisa çıxan xəbərləri təkzib edib. O, evindən paylaşım edərək bunları deyib:. "Məni heç kim Narkoloji Dispanser
18.12.2025 242 Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb
Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə
18.12.2025 123 "Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü
Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss
18.12.2025 195 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
18.12.2025 323 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:
18.12.2025 384