Afaq Bəşirqızı Prezidentə MÜRACİƏT ETDİ - "Bu iki nəfəri mədəniyyət naziri postuna namizəd görürəm"

Afaq Bəşirqızı Prezidentə MÜRACİƏT ETDİ - "Bu iki nəfəri mədəniyyət naziri postuna namizəd görürəm"Xalq artisti Afaq Bəşirqızı son günlər mədəniyyət sahəsində baş verən hadisələrlə bağlı "Ölkə.Az"-a eksklüziv açıqlama verib. Sənətkar bildirib ki, baş verənlər ona çox pis təsir edib:

"Son günlər mədəniyyət sahəsində, Mədəniyyət Nazirliyində baş verən hadisələr mənə də çox pis təsir etdi, mütəəssir oldum. Nə Bəşir Səfəroğlu dönəmində - hərçənd ki, o vaxt uşaq olsam da, eşitdiyim hadisələr yadımda qalardı - nə də ondan sonrakı dövrdə belə şey olmamışdı. Gərək belə olmayaydı. Azərbaycanda "qızıl dişlər" çoxalıb, "qızıl əllər"ə isə möhtaclığımız var. "Qızıl əllər" yoxdur. Və o qızıl, təcrübəli əllər olmadığına görə biz o "qızıl dişlər"i ləğv edə bilmirik".

Sənətkar Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun çıxışına da toxunub:

"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox".

Afaq Bəşirqızı mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib:

"Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Beynəlxalq əlaqələr də çox vacibdir. Azərbaycan mətbəxinin, musiqi alətlərinin, dünyaya tanıdılmasında bu şöbənin böyük rolu olmalıdır. Mənim 65 yaşım var, ağbirçəyəm və hər halda həmin şöbədə çalışanlara övladım kimi müraciət etməyə haqqım var. O uşaqlara təşəkükrümü bildiririəm və halal olsun deyirəm. Kino və teatr sahəsi bərbad vəziyyətdədir. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Bəziləri lazımsız yerlərdə oturdulublar. Bir konsepsiya yazılmalı və o konsepsiya ilə hərəkət edilməlidir.
Cənab prezident, Sizdən çox xahiş edirəm, bura kiminsə bacısı oğlunu, qohumunu göndərməyin. Amanın bir günüdür!

Bəlkə, ora atası fəhlə, anası kolxozçu təyin edilə bilər. Amma balası gözəl mütəxəssisdirsə, niyə də təyin olunmasın? Gözəl mütəxəssislər var ki, şadlıq saraylarında ofisiant işləyirlər.

Soruşular bilər ki, siz bu posta kimi namizəd görürsünüz. Mən Afaq Bəşirqızıyam və sözümü yüz ölçüb bir biçən adamam. Bizim incəsənət sahəmizdə fərqlənən sahələr, məsələn teatr, musiqi ansamblları var. Onları yaşadan mütəxəssislər də öz yerində. Lakin onların hamısı nazir postuna layiq deyillər. Belə insanların nazir təyin olunması onların yaradıcılığının qarşısını alar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Mən 1989-cu ildə Bakıya - Musiqili Teatra Polad Bülbüloğlunun köçürməsiylə dəvət olunandan sonra da orayla sıx əlaqə saxlayırdım. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Aktyorların evlə təmin olunması, fəxri adlar və sair bunları danmaq olmaz. Amma halbuki o teatrda işlədiyim 15 il ərzində cəmi 3 nəfər - mən, Hicran Mehbalıyev və Valeh Kərimov fəxri ad almışdıq. Amma Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir".

Afaq Bəşirqızı bildirib ki, mədəniyyət sahəsinə rəhbərlik edən qeyri-ixtisas sahibləri də uzaqlaşdırılmalıdır:

"Ora kiminsə qohumu qoyulsa, o, qeyri-ixtiyari hansısa mafiozları yığacaq və onlar da bu sahəni sağacaqlar. Birinci növbədə bioloqlar, tarixçilər, fizika riyaziyyat mütəxəssisləri mütləq yığışdırılmalıdır və ora mütəxəssislər cəlb oilunmalı və yeni konsepsiya qurulmalıdır. Bu, mənium fikrimdir. Və siz bilirsiniz ki, mədəniyyət qurumlarından biriylə çox böyük mübarizə aparıram. Və bu mübarizədə düşmən qazanmışam, nankorluq görmüşəm. Öz sabahımı, adımı, təqaüdümü fikirləşməmişəm. Amma özünü, adını, təqaüdünü, yeni tikilən binada evini düşünənlər mənə düşmən kəsiliblər. Onlar bilmirlər ki, mən qayayam, süni göldə yaradılan günbəz deyiləm. Öz ambissiyama görə sabahnı satan vicdansız deyiləm. Cənab Prezident, mən sizi çox sevirəm, hər zaman da sevəcəyəm. Siz ön cəbhədəsiniz, arxa cəbhədə isə mənim kimi vicdanlı insanlar var və biz sizin yanınızdayıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13837   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 404
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 949
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 751
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1554
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1117
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 225
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1603
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 624
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 897