Qaşıqçının ailəsindən qatillərlə bağlı ŞOK QƏRAR

Qaşıqçının ailəsindən qatillərlə bağlı ŞOK QƏRAR

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçının ailəsi təəccüblü qərar verib.

Publika.az xəbər verir ki, jurnalistin oğlu Salah Qaşıqçı ailəsi adından yazdığı tvitdə atasının qatillərini bağışladıqlarını bildirib.

O qeyd edib ki, Allahın rızasını qazanmaq üçün bu qərarı qəbul ediblər: “Bir pisliyin qarşılığı ona bərabər savaşdır. Amma kim bağışlarsa, düzəltmə yolunu tutarsa, onun mükafatını Allah verər. Şübhə yoxdur ki, o, haqsızlıq edənləri sevməz”.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə qətlə yetirilib. Lakin onun cəsədinin harada olduğu hələ də müəmmalı qalıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1768 Tarix: 22.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər