Könül Xasıyevanın vəziyyəti pisləşdi: "Ölmək istəmirəm"

Könül Xasıyevanın vəziyyəti pisləşdi: "Ölmək istəmirəm"Xalq artisti Könül Xasıyevanın səhhətində yenidən problem yaranıb.

BiG.AZ xəbər verir ki, hazırda Şəkidə olan xanəndə müalicələrini davam etdirdiyini vurğulayıb.
Xasıyeva sistem vurdurarkən fotosunu İnstaqramda paylaşıb. O, şəklinə "Allahın yazısına pozu yoxdur. Amma Kazımın (oğlu - red.) toyunu görmədən ölmək istəmirəm" sözlərini yazıb.

Qeyd edək ki, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir. K.Xasıyeva bir müddət əvvəl açıqlamasında dəhşətli ağrıları olduğunu demişdi.

Sənətçi xəstə anasına baxmaq üçün uzun müddətdir Şəkidə qalır.

Könül Xasıyevanın vəziyyəti pisləşdi: "Ölmək istəmirəm"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4508   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş