Dodaqlarınız xasiyyətiniz barədə nə deyir? - XARAKTERİSTİKA

Dodaqlarınız xasiyyətiniz barədə nə deyir? - XARAKTERİSTİKADodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Bəli, düz bildiniz.

Qalın dodaqlar məsuliyyət hissinin, nazik dodaqlar naz-qəmzənin göstəricisidir.

BiG.AZ Ailem.az-a istinadən sizə dodaqların xarakterinizə təsiri barədə məlumat verir.

Alt dodaq və üst dodaq bərabərdir

Belə dodağı olan şəxslər adətən taraz, problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmaz, insanların düşüncələrinə də hörmətlə yanaşarlar. Onları hirsləndirmək haradasa imkansızdır. Ancaq dəmir kimi əsəblərinə rəğmən, sevməyi də, gülməyi də bacarırlar. Onlar üçün stəkanın yarısı həmişə doludur.

Nazik, bir az qabarıq dodaqlar

Belə dodaqları olan insanlar azacıq yaramaz, azacıq nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr, kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Onları tanıdıqca bəlkə bir az eqoist olduqlarını düşünə bilərsiniz, amma məsələ eqoistlikləri deyil. Çox sadiq və yaxşı dost olurlar. Axtarsanız, ilk yardımınıza gələcək olan dostunuz yenə odur.

Çox nazik üst dodaq

Liderlik ruhlarında var. Təsir etmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, müdhiş bir şəxsiyyətdir. Nə olursa-olsun müvəffəqiyyətin və problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Ancaq romantik əlaqələr mövzusunda çox parlaq olmaya bilirlər. Çünki həyatdakı öncəlikləri xarakterli bir insan olaraq var ola bilməkdir, mütləq kiminləsə birlikdə olmaq deyil.

Qalın və yumşaq dodaqlar

Belə dodaqlara sahib insanlar mütləq bir başqasının məsuliyyətini öz üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. İçinizdən gələn bir analıq instinktinə sahibsiniz və digərlərini qoruma istəyiniz çoxdur. Stressli hər hansı bir vəziyyətdə öncə başqalarını düşünürsünüz. Belə insanların çox yaxşı valideyn olduğu düşünülür.

Üst dodaq alt dodaqdan daha qalındır

Belə dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşqi sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər və insanların diqqətini çəkmək kimi istedadları var. Maraq dairəsi olmağı çox sevirlər. Ən gülməli zarafatlar və cümlələr də daim bu şəxslərin dilindən eşidilir.

Alt dodaq üst dodaqdan daha qalındır

Dürüst olun: Ofis işi ilə məşğul olmaq heç sizə görə deyil? Bayır bu qədər canlı ikən kim ofisdə oturmaq istəyərr? Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, yeni məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Sizin də dodaqlarınız belədirsə, insanlara yeni macəralar yolunda öndərlik edə biləcək, super əyləncəli bir lidersiniz, bilmiş olun!

Nazik dodaqlar

Nazik dodaqlı insanlar adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Siz də nazik dodaqlara sahibsinizsə, muzeyə, səyahətə tək getməyi seçənlərdən biri ola bilərsiniz. Yalnızlığı sevmənizə rəğmən, sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazsınız. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilərsiniz.

Kəskin bir dodaq oyuğu

Bu insan haqqında başdan-ayağa yaradıcıdır deyə bilərik. Adətən istedadlı bir rəssam, ya da musiqiçi olurlar. Üzləri və adları xatırlamaqla bağlı möhtəşəm yaddaşları var. Tanıdıqları hər kəslə münasibətləri olur və hər zaman ətraflarında baş verən hadisələrə hakim olurlar. Sosial, özünü yaxşı ifadə edə bilən və hər zaman işlərində müvəffəqiyyət qazanan şəxslər olurlar.

Yuvarlaq bir dodaq oyuğu

Əgər sizin də dodaqlarınız belədirsə, o zaman duyğusal, həssas və mədəni bir insansınız. Şanssız hadisələr adətən sizi kədərləndirir, başqalarına kömək etmək də ruhunuzda var. İnsanlara və dünyaya kömək etmək adətən bu dünyada etmək istədiyiniz tək şeydir.

Bilinməyən dodaq oyuğu

Bu insanlar bu dünyada tapa biləcəyiniz ən güvənilən və məsuliyyətli insanlardır. "Ağrısa da öldürməz" - bu şəxslərin həyat fəlsəfəsidir. "Mümkünsüzdür" sözündən xəbərləri yoxdur. Sistemləri var, hə şey zamanında edilir. Həyatlarındakı şəxslər onlara güvənmək mövzusunda heç tərəddüd etməzlər. Onlara görə həll edilməyəcək problem yoxdur. Bütün hallarda probleminizi həll edəcək dostlardır onlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2926   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704