"Balam hər axşam saçımı darayıb sonra yatır" - Zülfiyyə Bayramova - VİDEO

"Balam hər axşam saçımı darayıb sonra yatır" - Zülfiyyə Bayramova - VİDEOMəşhur hüquqşünas və aparıcı Zülfiyyə Bayramova hər kəsin diqqətin çəkən paylaşım edib.

BiG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında oğlu Nahidlə görüntülərini paylaşıb. Nahidin anasının saçını daraması yüksək qiymətləndirilib.

Zülfiyyə videonu paylaşaraq: "Balam hər axşam saçımı darayıb sonra yatmağa gedir. Allah bütün balaları saxlasın" şərhini yazıb.

Xatırladaq ki, Zülfiyyə Bayramova xərçəng xəstəliyindən əziyyət çəkir. Ona dəstək olmaq üçün müalicə müddətində övladları və həyat yoldaşı İlqar Mikayıloğlu saçlarını keçəl etdirmişdilər.

Samirə Qassımova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4872   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş