"Avroviziya" təmsilçimiz canlı yayımda müsabiqə mahnısını oxuyub səhnə performansı haqqında danışdı - VİDEO

"Avroviziya" təmsilçimiz canlı yayımda müsabiqə mahnısını oxuyub səhnə performansı haqqında danışdı - VİDEOKoronavirus pandemiyası səbəbi ilə bu il "Avroviziya" beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları ötən gecə tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.

Xəzərxəbər xəbər verir ki, "İctimai Televiziya"da canlı yayımlanan musiqili şouda Azərbaycan təmsilçisi Samirə Əfəndi "YouTube" videoplatformasının məşhur siması, eləcə də layihənin onlayın aparıcısı 25 yaşlı "beauty" (gözəllik) bloqeri Nikki de Yagerlə həmsöhbət olub.

Təmsilçimiz "Kleopatra" mahnısından söz açıb: "Mahnım güclü qadın haqqındadır. Bu mahnı insanlara bir mesajdır ki, həyatda heç bir üzüntülərə baxmayaraq, məqsədinizə doğru gedin. Gözəl sabahın açılacağına mütləq inanın. Ən doğrusunu qəbinizdəki səs sizə deyəcək. O səsə inanıb, onu dinləmək lazımdır".

Daha sonra Samirə səsi canlı yayıma düşən tutuquşulara görə üzrxahlıq edərək, bu kəlmələri dilə gətirib: "Burdakı tutuquşuların səsinə görə sizdən üzr istəyirəm (gülür). İnanıram ki, bizim dialoqumuz əsnasında onların səsləri mane olmayacaq. Onların adları məşhur cizgi filmindən yaxşı tanıdığımız Çip və Deyldir. Əfsuslar olsun ki, onları sizə göstərə bilməyəcəyəm, çünki çox uzaqdadırlar".

Daha sonra Nikki təmsilçimizin "Avroviziya" səhnə tərtibatı, geyimi və perfomansının necə olacağından bəs etməyini istəyib.

"Bizim çoxlu düşüncələrimiz və planlarımız var idi. Sadəcə karantin elan olduqdan sonra hər şey dayandı. Tam dəqiq necə olacağını əfsuslar olsun ki, deyə bilməyəcəyəm. Çünki o ərəfəyə gəlib çatmadıq. Amma dəqiq onu deyə bilərəm ki, klipdəki bəzi elementlər səhnədə də olacaqdı. Açıb demək istəmirəm, bu hansı elementlər idi. Çünki düşünürük ki, bu il istifadə etmədiyimiz həmin o elementləru gələn il səhnədə nəhayət ki, ərsəyə gətirə biləcəyik. Amma çoxlu qızıl elementləri olacaq. Axı qadına yaraşan elə qızıllardır", - deyə ifaçı qeyd edib.

Samirə müsahibəsində gələn il oxuyacağı mahnısından da bəhs edib: "Fərqi yoxdur, hansı tərzdə mahnı oxuyacağam. Bu, dinamik musiqi də ola bilər, həzin ballada da. Əsas odur ki, insanlara öz mesajımı çatdıra bilim və qəlblərə toxunum".

Onlayın müsahibənin sonuna yaxın Nikki de Yager Samirə Əfəndidən "Kleopatra" mahnısını akapella oxumağını istəyib. Samirə isə həzin səsi ilə bəstəni canlı yayımda akapella şəklində səsləndirib. Nikkinin 12 xalını hansı ölkəyə verərdin sualına Əfəndi "Malta" cavabı verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3158   Tarix: 17 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637