Koronavirusun 5G ilə bağlı olduğunu düşünənlər insanlara hücum edirlər

Koronavirusun 5G ilə bağlı olduğunu düşünənlər insanlara hücum edirlər

Koronavirusun yayılmasının 5G qüllələrinin təsiri ilə əlaqədar olduğunu düşünən, sui-qəsd nəzəriyyəsinin tərəfdarları Britaniyanın "Openreach" telekommunikasiya şirkətinin mühəndislərinə hücum etməyə başlayıblar. Aprel ayında təşkilatın işçiləri təxminən 50 dəfə hücuma məruz qalıblar.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The Guardian" yazır.

Qeyd olunur ki, "Openreach" birbaşa 5G şəbəkələri ilə işləmir - şirkət əsasən simli infrastrukturun fəaliyyətini təmin edir. Buna baxmayaraq, mühəndislər hələ də qəzəbli insanların hücumuna məruz qalırlar. Koronavirus pandemiyasından əvvəl işçilər belə münasibətlə qarşılaşmadıqlarını bildirirlər.

Narazı insanlar xüsusi jiletlərdə olan adi işçiləri də tez-tez 5G şəbəkələrini dəstəkləyən mühəndislərlə səhv salırlar.

Bir qadının "Openreach" mikroavtobusunun keçməsinə icazə vermədiyi qeyd olunur.

Xatırladaq ki, sui-qəsd nəzəriyyəsinin internetdə məşhurlaşması barədə "Bloomberg" hələ aprel ayında yazmışdı. Bəzi tədqiqatçılar koronavirusun yayılması barədə hesabatları koordinasiya olunmuş dezinformasiya adlandırırlar. Böyük Britaniyada azı 20 mobil qüllə vandalların hücumuna məruz qalıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 669 Tarix: 12.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər