Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtar

Hər gecə eyni saatda yuxudan oyanırsız? – Saata görə problemini axtarYəqin ki, çoxunuzda belə olur. Şirin yatdığınız halda, gecənin bir yarısı qəfildən oyanırsız, saata baxırsız. Və tez-tez eyni saatda oyandığınızı görürsüz. Bunun səbəbini anlamırsız.

Medicina.az xəbər verir ki, qədim Çin təbabəti bunun səbəbsiz baş vermədiyini bildirir. Problem bədəndəki enerji meridianları boyu blokların olması və bəzi orqanlara Şİ enerjisinin axınının pozulmasıdır.
Belə ki, gecənin müəyyən saatları bir meridian aktivləşir və bura bəzi orqanlar aiddir.

Hansı orqanda ki, problem, xəstəlik, müsbət enerji çatışmamazlığı varsa, həmin saatda insana narahatlıq yaradıb, onu oyadır.

Məsələn, axşam saat 21:00-23:00 arası – qalxanvari vəz saatıdır. Bu saatlarda yatmaq bu orqan üçün çox vacibdir. Yatmadıqda zob, hormonal disfunksiya, kistlər əmələ gəlir. Və bu orqanında problem olanlar bu saatlarda heç yuxuya gedə bilmir. Əgər yatsa da, saat 22-23:00 arası qəfil oyanır. Çox gərgin insanlar da bu saatlarda yata bilmir.

Saat 23:00-01:00 arası – öd kisəsi saatıdır.

Bu saatda qəfil yuxudan oyanma (bu hal hər gün və ya tez-tez baş verirsə) öd kisəsində problem, daş, iltihab olduğunu göstərir. Siz bu orqanı müalicə etməli və axşamlar yağlı, duzlu qidalar yeməməlisiz.

İncik insanlar, məyus olanlar, kimdənsə küsənlər, gizli kini, nifrəti olanlar və ürəyində kimisə asıb kəsənlər ya bu saata kimi yuxuya gedə bilmirlər, ya da yatsalar da mütləq eyni bu saat arası oyanırlar.

Saat 01:00- 03:-00 – qaraciyər saatıdır. Bu saatlarda qaraciyər özünü və qanı təmizləyir. Toxuma və orqanlardan artıq toksinlər, qalıqlar çıxarılır. Bu saatda oyanmaq qaraciyərin çox yükləndiyini və işinin öhdəsindən yaxşı gəlmədiyini göstərir. Bu saatda oyandıqda mütləq 1` stəkan su için. Neqativ enerji ilə yüklənənlər, işindən narazı olanlar, qəzəbli olanlar da bu saatda oyanır.

03:00 – 06:00 – ağciyərlərin vaxtıdır. Bu arada daha çox öskürək, sıxılma, boğulma, asqırıq, burun tutulması, qıcıqlanması ilə oyanırlar. Demək, ağciyərlərinizdə problem var və ya siz çox pis qidalanırsız.
Çox böyük dərdi, gizli kədəri, təzə itkisi olanlar da bu saatlarda oyanır.

Yatmazdan əvvəl tənəffüs gimnastikası edin, su için, bir qədər döş qəfəsini hərəkət etdirən idman hərəkətləri edin.

05:00-07:00- bağırsaqlar. Yuxunun ən şirin vaxtıdır, bu zaman qəfil oyanırsızsa, həzm pozulmanız, bağırsaq probleminiz var. Qəbizliyi, ishalı, artıq çəkisi olanlar ən çox bu saatda oyanır.

Həyatından narazı olanlar, tələsənlər, özünü nədəsə günahkar bilənlər də bu saatda qəfil oyanır. Bu problemlər üzərində işləyin, mədə-bağırsağınızı qaydaya salın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1852   Tarix: 06 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827