Karantində az yeməyin YOLU AÇIQLANDI

Karantində az yeməyin YOLU AÇIQLANDIYemək davranışının düzəldilməsi üzrə mütəxəssis Varvara Zarodina çox yeməyin qarşısını almaq üçün nə etmək lazım olduğunu açıqlayıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə o, "Sputnik Radiosu"na verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə əsasən, izolyasiya rejimi dövründə bir çoxları artıq çəki yığıb. Bunun əsas səbəbi soyuducunun "əl altında" olmasıdır.

Arıqlamaq üçün mütəxəssis yediyimiz şeylərə şüurlu yanaşmağı məsləhət görür. Bu vəziyyətdə qidalanma gündəliyi tutmaq kömək edə bilər:

"Nə yediyinizi yazdığınız zaman qiymətləndirmə daha tənqidi olur".

Bundan başqa, səhər yeməyi, nahar və axşam yeməyinə nələri yeyəcəyinizlə bağlı yemək cədvəli qurmaq olar.

Mütəxəssis, həmçinin, şirniyyatları göz qabağından yığışdırmağı və fikri yeməkdən yayındırmağı məsləhət görür. Məsələn, əlləri nə ilə sə məşğul etmək olar: pazl yığmaq, şəkil çəkmək, toxumaq və s.

Zarodina şəkərin ən zərərli məhsul olduğunu vurğulayıb. O, əvəzində meyvə, yaxud quru meyvə kimi "sağlam" şirniyyat yeməyi məsləhət görür.

Aprel ayının əvvəllərində profilaktik təbabət üzrə professor və diyetologiya üzrə dosent Migel Martines-Qonzales də karantində kökəlməmək üçün məsləhətlərini verib.

O, Aralıq dənizi pəhrizinə riayət etməyi və mütəmadi olaraq meyvə-tərəvəz yeməyi tövsiyə edib.

Professorun fikrincə, üstünə zeytun yağı çəkilən çörək, həftədə azı 3 dəfə proteinlə zəngin olan balıq yemək və həftədə 3-4 dəfə rasiona yumurta daxil etmək faydalıdır. Martines-Qonzalez quru meyvə və qoz-fındığı da həftədə üç ovuc yeməyi məsləhət görüb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 896   Tarix: 01 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1170
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 848
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 971
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 750
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 989
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 817
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1073
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 843
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 664