D vitamininin daha bir FAYDASI KƏŞF OLUNDU

D vitamininin daha bir FAYDASI KƏŞF OLUNDUAlimlərin araşdırmaları nəticəində D vitamininin daha bir faydası aşkar olunub.

BiG.AZ-ın ridus-a istinadən verdiyi xəbərə görə, bu vitaminin çatışmazlığı dağınıq sklerozun inkişafına səbəb ola və koqnitiv funksiyaların itməsi riskini artıra bilər.

Belə xəstəliklərin inkişafına siqaret də təsir edir.

Araşdırma sklerozun bir növü olan kliniki təcrid olunmuş sindromlu 278 xəstə arasında aparılıb.

Qanında D vitamini daha yüksək şəxslərdə hətta skleroz inkişaf etsə də, koqnitiv funksiyaların sabit qaldığı halda, D vitamini az olan və siqaret çəkən sklerozlu xəstələrdə koqnitiv funksiyalarının pozğunluğu müşahidə olunur.

Bu səbəbdən alimlər sklerozun müalicəsi zamanı D vitamini çatışmazlığını aradan qaldırmağı və siqaretdən imtina etməyi tövsiyə edirlər.

Qeyd edək ki, D vitamini sümüklərin, dişlərin və əzələlərin vəziyyətinə birbaşa təsir edən kalsium və fosfatın bədən tərəfindən qəbul olunmasına cavabdehdir. Bu vitamin dəridə günəş şüalarının təsiri altında əmələ gəlir. Günəş şüalarının az olduğu bölgələrdə yaşayanlara bioloji aktiv əlavələrdən (BAƏ) istifadə etmək məsləhət görülür. Günəş işığından əlavə, vitaminin əsas mənbələri yumurtanın sarısı, qırmızı ət və yağlı balıqdı

Daha öncə verdiyimiz xəbərə görə, D vitaminini koronavirus pandemiyası zamanı da qəbul etmək tövsiyə olunur.

Mütəxəssislər hesab edirlər ki, insanlar vaxtlarının çox hissəsini qapalı məkanda keçirdikləri və birbaşa günəş şüalarının altında olmadıqları üçün bu maddəni kifayət miqdarda almırlar. Buna görə sağlamlığı gücləndirmək üçün gündə 10 mikrogram qəbul etmək tövsiyə olunur.

Lakin qeyd olunur ki, bəzi mənbələrin səhvən iddia etdiyinin əksinə, D vitamini koronavirusa yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir göstərmir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1530   Tarix: 30 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543