"O gündən sonra uzun müddət özümə gəlmədim" - 30 aprel terror aktının şahidi

"O gündən sonra uzun müddət özümə gəlmədim" - 30 aprel terror aktının şahidiBu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 11 il ötür.

Həmin hadisənin şahidi olan insanlar taleyi yarımçıq qalan gənc tələbələri heç vaxt unutmadılar.

Həmin günün həyəcan və qorxusunu hələ də unuda bilməyən şahidlərdən biri də gənc bəstəkar Vəfa Bağırzadədir.

11 il öncə baş verən hadisə ilə bağlı təssürratlarını BiG.AZ-a danışan Vəfa o gündən sonra uzun müddət özümə gəlmədiyini bildirib:

"Asəf Zeynallı adına Bakı Musiqi kollecinin 2-ci kursunda oxuyurdum. Kollecimiz ADNA-nın hadisə baş verən korpusu ilə üzbəüz yerləşir. O gün bizə ədəbiyyat dərsi var idi. İndiyə kimi yadımdadır. Sinif otağında oturub müəllimi gözləyirdik. Birdən silah səsinə bənzər bir səs eşitdik. Əhəmiyyət vermədik. Ağlımıza da gəlməzdi ki, bu səs həqiqətən də silahın səsi ola bilər. Bir neçə saniyə sonra qrup yoldaşlarımdan biri bizi təlaşla pəncərədən baxmağa çağırdı. Pəncərədən bayıra baxdığımızda yerdə qanlar içində uzanan və çabalayan bir oğlan gördük. Əcnəbi olduğu qara dərili olması ilə bilinirdi. Dəftəri də əlindən düşüb yerə sərilmişdi.Dəhşətə gəldik. Burada nə baş verib? Ağlımıza gələn ilk cavab bu oldu: dava - dalaş.. Bəli, bəlkə də iki və ya bir neçə tələbə arasında dava - münaqişə olub və bıçaqlanma ilə nəticələnib. Bayaqki silaha bənzər səs isə yadımıza düşmür... Yaxşı, bəs buranın gözətçisi yoxdur? Axı bizim kollecin hətta gözətçisi var. Akademiyanın niyə yoxdur? Niyə hamı əlini -qolunu sallaya sallaya binaya daxil ola bilir? ... bu və digər suallar və cavablar beynimizdə yaranırdı. Lakin dəqiq heç nəyi anlaya bilmirdik. Yerdə yatan tələbəyə canımız yanırdı... Sonra gözümüz Akademiyanın pəncərələrinə sataşdı. Tələbələr pəncərədən aşağı enməyə çalışırdılar. Lakin hündürlükdən qorxub geri çəkilirdilər. Nə olduğuna anlam verə bilmədən yerdə çabalayan o əcnəbi tələbəyə ürək yanqısı ilə baxıb bu işin sonunu gözləyirdik... Yarım saat beləcə davam etdi. Yarım saatdan sonra hadisə yerinə təcili tibb yardım maşınları gəldi. Vəəə budur o dəhşətli görüntü. Binadan çoxlu sayda yaralı və ölən insanlar çıxarılır. İlahi, burda nə baş verib belə? Nə dəhşətli mənzərədir. İnsanlar qan içindədirlər.. Bizə artıq hər şey aydın olmağa başlayır. Burada terror hadisəsi baş vermişdi. Axı niyə? Nə səbəbə? Bayaq eşitdiyimiz silaha bənzər səs yadımıza düşür. Bu doğurdan da silah səsi imiş...

"O gündən sonra uzun müddət özümə gəlmədim" - 30 aprel terror aktının şahidiSonra müəllim sinfə daxil olur. Hadisədən xəbərdardır o da. Bizə ehtiyyatla evə getməyimizi tapşırır. Dərslər dayandırıldı. Hamımızı bir -bir sırayla bayra çıxardılar. Çöldəki o izdihamı gördükcə adamı vahimə basırdı. Hadisə yeri mühazirəyə alınmışdı. Artıq jurnalistlər də orda idilər. Yaralı insanlar Akademiyanın binasından hələ də çıxarılmağa davam edirdi. Birtəhər özümü evə çatdırıb tez xəbərləri açdım. Hər yerdə bu hadisədən danışılırdı... Terror baş verdiyi artıq dəqiq məlum idi. Nə istəmişdilər onlardan? Axı niyə? Bu suallara indi də cavab tapa bilmirəm. O gündən sonra uzun müddət özümə gəlmədim.Heç vaxt unutmadım, unutmaram..."

Qeyd edək ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Lamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3262   Tarix: 30 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

TOP MP3