Otel otağında tənha ölən Əməkdar artist - Habil kamançanı ona vəsiyyət etmişdi

Otel otağında tənha ölən Əməkdar artist - Habil kamançanı ona vəsiyyət etmişdiBu gün məşhur kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun anım günüdür.

BiG.AZ kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Ədalət Səfərəli oğlu Vəzirov 27 aprel 1951- ci ildə Xızı rayonunun Dizəvər kəndində çoxuşaqlı musiqiçi ailəsində anadan olub. Onun atası Səfərəli Vəzirov dövrünün məşhur qarmon ustası, anası Gülbacı xanım isə orta məktəb müəlliməsi olub.

Uşaqlarını musiqiçi kimi görmək istəyən Səfərəli kişi övladlarını hələ uşaq yaşlarından musiqiyə doğru istiqamətləndirib, kiçik ailə ansamblı yaratmaqla onlarda musiqiyə həvəs oyadıb. Ailə üzvlərinin demək olar ki, hər biri müxtəlif alətlərdə mükəmməl çalıb oxumağı bacarıblar.

Orta məktəbi bitirəndən sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alan Ədalət Vəzirov daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda direktor və müəllim kimi fəaliyyət göstərib. Bir çox tanınmış musiqiçilər yetişdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçılığını da bacarırdı.

Ədalət Vəzirov üç övlad sahibi olub. Kiçik oğlu Səfərəli Vəzirov Bülbül adına orta ixtisas məktəbinin kamança sinfini bitirsə də, nədənsə atası onun musiqiçi yox, həkim olmasını istəyərək ona deyib ki, yaxşı olar, sən həkim olasan. Oğlu onun bu arzusunu yerinə yetirərək həkimlik ixtisasını seçib. Lakin, Ədalət Vəzirov bu günü görə bilməyib, oğlunun on yeddi yaşı olan zaman dünyadan köçüb.

O, məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub. Mark uşaq olan zaman atası ilə birgə Azərbaycanda olarkən Habil Əliyevin ifasını dinləyir və onun fanatına çevrilir. Bundan sonra o kamança ustamız Ədalət Vəzirovun yanına gedib ondan dərs almaq istədiyini bildirir. Mark öz xatirələrində bu əhvalatı belə nəql edir:

"16 yaşımda Bakıya gəldim, ustadım Ədalət Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirov və ailəsi məni aralarına daxil edərək onların bir üzvü kimi qəbul etdilər. O, 15 il əvvəl vəfat etdi. Onun üçün çox darıxıram, hər zaman qəlbimdə olacaq".

Respublikamızın tanınmış xanəndələri, müğənniləri - Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abullayev, Mələkxanım Əyyubova, Simarə İmanova, Zabit Nəbizadə və bir çox başqaları onun müşayəti ilə oxuyublar.

Xalq artisti Habil Əliyev, Ədalət Vəzirovun ifaçılığına yüksək qiymət verərək, müsahibələrinin birində belə deyir:
"Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz müsiqi alətlərini sələflərinə bağışlayırlar. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm".

İnanclı, imanlı adam olub. Həcc ziyarətinə gedərək Hacı adını qazanıb. Xalq artisti, qarmon ustası Kamil Vəzirovun qardaşı, şair Camal Yusifzadənin bacanağı olub.

Ədalət müəllim uzun illər Zeynəb Xalarovanın ansamblında çalışıb. İfaçının oğlu Səfərəli Vəzirov müsahibələrinin birində belə deyir:

"Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova ağlayaraq bizə gəlmişdi. Deyilənə görə, o heç vaxt yas yerinə getmir. Zeynəb xanım mənəvi baxımdan bizə çox yaxın oldu. Çünki atamın ölümü bütün sənət yoldaşları kimi ona da pis təsir etmişdi. Elə bir sənətkar görmədik ki, atamın ölümündən sonra bizim ailədən ayrılsın. Mən universitetə girəndə elə bildim ki, atam heç dünyasını dəyişməyib. Bizim toyumuzda o qədər sənətçi iştirak etdi ki, heç atamın həyatda yoxluğunu hiss etmədik. Demək olar ki, atamla yaxın olan bütün sənətkarlar toyumuzda iştirak etdilər".

Professor Hacı Xanməmmədov kamança və simfonik orkestr üçün konserti yazarkən məhz Ədalət Vəzirovun istedadını və ifasını nəzərdə tutaraq yazdığını deyirmiş. Digər kamança ifaçısı Fəxrəddin Dadaşov müsahibələrinin birində deyir ki, - bir gün Ədalət Vəzirov məndən həmin konsert üçün nəzərdə tutulmuş ifasına qulaq asıb qiymət verməyimi xahiş etdi. Evə gəlib sakitcə Ədalətin ifasını dinlədim, bir də onda ayıldım ki, gözlərimdən yaş axır. Növbəti gün Ədaləti görəndə üstünə qaçıb, onun əllərindən öpdüm. Dedim, mən elə bildim ki, o, ifanı Hacı Xanməmmədov yox, sən yazmısan".

Tale elə gətirir ki, Ədalət Vəzirov vaxtsız dünyasını dəyişəndən sonra onun dəfnində həmin orkestr üçün ifa etdiyi musiqi əsəri səslənir və hamı göz yaşı axıdır.

Dostu Yaşar Məmmədov Ədalət Vəzirovla ölümündən əvvəl olan görüşün belə xatırlayır: O, ölümündən iki gün qabaq, Türkiyəyə gedəndə məni otağına çağırıb dedi:

- Götür bu seyfın açarını, qoy qalsın səndə. Mən uzağa gedirəm. Bilmək olmaz, ölüm-itim dünyasıdır...

Açığı mən çox təəccübləndim. O, harasa respublikadan kənara qastrola gedəndə, mənə möhürü verirdi. Çünki hərdən sənədlərə möhür vurmaq lazım olurdu. Ona görə də o, seyfin açarını mənə verəndə, götürmək istəmədim və dedim:

"Hacı bu nədi? Mən seyfin açarını neynirəm", - deyə götürmədim. Seyfdən möhürü götürüb, açarları ona qaytardım. Sonra onu texnikumun qapısına qədər yola saldım. Görüşdük, öpüşdük. O, bayıra çıxdı və öz maşınına sarı getdi. Mən də siniflərdə dərslərin gedişini yoxlamağa getdim...

Onun ölümündən sonra qapıçı qadın danışırdı ki, o, maşına minməmişdən əvvəl eynəyini çıxarıb, elə diqqətlə texnikumun qapılarına, pəncərələrinə baxdı, elə bil burdan əbədilik ayrıldığını hiss edirmiş...

2002-ci ilin oktyabrında Türkiyəyə qastrol səfərinə yola düşən kaman ustasının səhhəti ilə bağlı heç bir ciddi problemi olmasa da, oktyabrın 4-də oteldə olarkən öz otağında istirahət edən zaman qəfil ürək tutmasından dünyasını dəyişir. Ertəsi günü məşq zamanı dostları onun məşqə gecikməsindən şübhələnib otelə zəng vururlar. Otel işçiləri qapını nə qədər döysələr də açan olmayıb. Əlavə açarla qapını açıb otağa girdikləri zaman 51 yaşlı ifaçını döşəmədə uzanılı vəziyyətdə görürlər. Artıq onun dünyasını dəyişdiyi aydın olur.

Dostlarının və ailə üzvlərinin sözlərinə görə Ədalət Vəzirov Türkiyəyə konsertə getməzdən bir gün əvvəl onlardan halallıq istəyib, sonra yola düşüb. Oteldə dünyasını dəyişən gün isə artıq konsert üçün nəzərdə tutulan bütün biletlər satılıbmış. Ertəsi gün Ədalət Vəzirovun çıxış edəcəyi konsertdə kaman ustasının stulunun üzərinə onun proteti qoyulur və həmin konsert Ədalət Vəzirovun xatirəsinə həsr olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3627   Tarix: 28 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089