Məşhur aparıcı: "Kişilərə mələk, şeytan, yoxsa əsl qadın lazımdır?!"

Məşhur aparıcı: "Kişilərə mələk, şeytan, yoxsa əsl qadın lazımdır?!""Xanımınızla münasibətləriniz gərgindirsə, ən yaxşı yol boşanmaqdır, öldürmək yox. Bir də siz kişilərin nə istədiklərini bilmək olur ki.."

Bu sözləri "Space" telakanalının aparıcısı Zamirə Dadaşova BiG.AZ-a açıqlamasında deyib. Xanım aparıcı son zamanlar ailələrdə baş verən nifaqlardan, ən xırda problemlərə görə düşən mübahisələr, mübahisələrin nəticəsi olan boşanmalardan danışıb.

"Ailə nədir? Deyilənə görə, kiçik bir dövlətdir. Bu dövləti hamımız düzgün qura bilirikmi? Görəsən, harda səhv edirik? Nəyi düz etmirik ki, ailə faciəsi yaşayırıq. Faciə deyəndə boşanmaları, qətlləri nəzərdə tuturam. Niyə evləndikdən cəmi iki-üc ay sonra boşanmalar olur?! Niyə duz qabı süfrəyə gec gəldiyinə görə ər öz həyat yoldaşını öldürür?! Qadınlar bu qədərmi ölməli məxluqdu?! Qadın axı anadır. Qadın həyat yoldaşıdır. Qadın evinin xanımıdır. Qadın evinin qulluqçusudur. Kişi kimi işə gedib pul qazanan da qadındır. Napoleon Bonapart deyib ki, qadın uşaq istehsal edən maşından başqa bir şey deyil. Doğrudanmı xanımlara bu gözlə baxırsız? Hər dediyinizi edən, siz kişilərin arzuları ilə yaşayan qadınmı sizə lazım?! Bəlkə də elə sizin bu olmazlarınız, qadınlara sərbəstlik verməməyiniz, onları özünüz istədiyiniz kimi yaşatmanızdır baş verənlərin səbəbi. Hərdən xanımınızın nə istədiyini, necə yaşamaq istədiyini, daxilində hansı hislərin oldugunu soruşun. Sizin olmazlarınız üzündən üzə cıxara bilmədiyi, hətta bir kompleksə çevrildiyi hissləri ilə maraqlanın. Mən demirəm xanımlarımız aydan arı, sudan durudurlar. Yəqin ki, ölməliləri də var. Amma dəyməz. Əlinizi o qana bulamağa dəyməz. Özünüzü düşünmürsünüzsə, övladlarınızı düşünün. Ana faciəvi şəkildə dünyasını dəyişir, ata isə həbsxanada. Qadını cəzalandırdığınızı düşündüyünüz halda, siz özünüzü və övladlarınızı cəzalandırmış olursunuz. Siz həbsxanaya, uşaqlar ya nənənin yanına, ya da uşaq evinə göndərilir. Qazancınız?! Sizə görə təmiz adınız... Həbsxanamı sizin adınızı təmizə çıxaracaq? Bir anlıq düşünün. Harda səhv etdiyinizi düşünün. Özünüzə niyə sualını verin. Xanımınızla münasibətləriniz gərgindirsə, ən yaxşı yol boşanmaqdır, öldürmək yox. Bir də siz kişilərin nə istədiklərini bilmək olur ki..

Viktor Hüqo deyib ki, qadınlar zəifdir, amma analar qüvvətlidir... Dünyada ana adından gözəl bir ad yoxdur. Hüqo eyni zamanda bunları da deyib: "Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytan, üç sevgilisi olan qadın isə əsl qadındır". Gəl indi anla, kişilərə mələk, şeytan, yoxsa, əsl qadın lazımdır?!"

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2383   Tarix: 24 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 128
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1751
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1066
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 749
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 861
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 168
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 1410
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 332
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1486