Bu maskalar sizi xəstəliyə yoluxdura bilər – VİDEO

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər – VİDEOAptekdə tibbi maska tapmayan əksər insanlar ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb ittifadə edir. Burada isə maraq doğuran bir məqam, bir sual var ki, evdə hazırlanan maskalar bizi hər hansı bir virusdan, hər hansı bir xəstəlikdən qoruyurmu? Ümumiyətlə bunlar standartlara cavab verirmi?

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "20 dənə aptekə girmişəm, hətta eləsi var ki, yazıb üstünə vurub ki, maska yoxdur. Burda birinə girdim, o da 2 dənədən artıq vermədi. Bu da 2 saatlıqdır".

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil.

Cəlal İsayev – Baş infeksionist: "Üz qoruyucuları ev şəraitində hazırlanarkən, standarta uyğun olmur. Tövsiyyə edirdik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa ağzına salfetka tutsun, yaylıq tutsun. Həmin o maskada elə bil salfetka, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir".

Mütəxəssislər ev şəraitində müxtəlif parçalardan hazırlanan maskalardan istifadənin yolverilməz olduğunu bildirir.

Mətanət Cəfərova – Həkim: "Bu maskalar sizi nəyinki qorumur, hətta sizin üçün təhlükə törədə bilər. Çünki onlar xüsusi qoruyucu səthə malik deyillər. Bunların hətta bir neçə dəfə yuyularaq, yenidən istifadəsi ümumiyətlə sizin üçün təhlükə doğura bilər".

Eyyub Hüseynov – AİB-in sədri: "Harda gəldi, necə gəldi sanitar qaydalara uyğun olmayan, standartlara uyğun olmayan çoxsaylı maska tikilib satışa çıxarılır. Xüsusən regionlarda apteklərə verilir ki, bu da yolverilməzdir. Maskaların özünün ciddi standartları var. Və standartlara uyğun maskaları almaq lazımdır. Əks halda maska qoruyucusu adı altında saxta maska alıb başqa xəstəliklərə tutula bilərsiniz".

Ekspertlərin sözlərinə görə, maskaların tikilməsinə, istehsal olunmasına bir sıra yerli və beynəlxalq tələblər var.

Eyyub Hüseynov – AİB-in sədri: "Hərə tikiş aparatını götürüb maska tikirəm deyib, müxtəlif problemlər yarada bilər. Bizə məlumatlar gəlir ki, paltar tikişində istifadə olunan bir material var, hansı ki, kimyəvi maddələr hopdurulmuş bezdir. Ondan maska tikirlər. Bu yolverilməzdir".

Mətanət Cəfərova – Həkim: "Bütün insanlar qoruyucu kimi adi cərrahi maskalardan istifadə edə bilərlər. Bunların yuxarı səthində əyilən bir hissə var. Sadəcə onu üz hissəyə taxarkən, həmin hissəni mütləq sürətdə bu formada qapalı olması gərəkir. Həmin hissədən hava buraxılmasın. Bu maskalar kifayət edir, bütün insanlar ümumi gündəlik həyatda bu maskadan istifadə etsinlər".

Mütəxəssislər vətəndaşlara maska seçərkən diqqətli olmağı tövsiyyə edir. Əks halda, qaş düzəltmək əvəzinə, vurub göz çıxarda bilərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1619   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 225
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 215
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 102
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 178
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 170
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 479
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 283
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 249
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1462