Özünüzü, övladlarınızı qoruyun ki...

Özünüzü, övladlarınızı qoruyun ki...İndiyə qədər dünyada 1 milyondan çox insan yeni tip koronavirus olan və Covid-19 adlandırılan virusa yoluxub. Eyni zamanda, bu yeni tip virus insanların əksəriyyətində çoxlu suallar doğurub. Elmi işləri davam etdirən mütəxəssislər deyirlər ki, belə virusu tamamilə anlaya bilmək indi hələ çox tezdir.

Dünyada gerçək fəlakətə çevrilmiş COVİD-19 koronavirusu ilə Azərbaycan da mübarizə aparır.

Ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda 4369 nəfər karantindədir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

Bu, statistikadır.

BiG.AZ milli.az- a istinadən məlumat verir ki, reallıq isə daha acıdır, çünki vətəndaşlarımız arasında hələ də koronavirus təhlükəsinə inanmayanlar, çox məsuliyyətsiz davrananlar, özünün yoluxma riskini bilərəkdən artıran və bununla da ətrafındakılar üçün virus daşıyıcısına çevrilmə təhlükəsinə çevrilənlər var.

Onlar hələ də anlamırlar ki, coronavirus "masonların, imperialistlərin, böyük dövlətlərin qəsdən yaydıqları xəstəlik" deyil, oyun deyil, zarafat deyil.

Özünüzü, övladlarınızı qoruyun ki...Karantin rejimi qaydalarına məhəl qoymayan, bu rejimdə tətbiq olunmuş SMS icazəsi sistemini ələ salan laqeyd və məsuliyyətsizləri anladıq. Onların islah olunma, anlama, dərk etmək şansları var.

Lakin bir qrup adam da var ki, onların adekvat olacaqlarına, açığını desəm, ümidim çox azdır.

Bu insanlar Azərbaycanda tətbiq olunmuş karantin rejimini "tənqid" edir, "diktatura, insan haqlarının kobud pozuntusu" kimi qələmə verirlər. Bəziləri isə marazmın səviyyəsini daha da artıraraq "karantin rejimini pozanları cərimələmək adı ilə vətəndaşları qarət edirlər" deyirlər.

Absurd iddialar, aşkar demaqogiya olan ifadələr sosial şəbəkələrdə tirajlanır. Xüsusi canfəşanlıq göstərənlərsə ABŞ-da və Avropa Birliyi ölkələrində mühacir həyatı yaşayan, sifariş yerinə yetirən və özlərini "müstəqil bloqer" kimi qələmə verməyə çalışan kəslərdir.

Onların arqumentlərinə nəzər salaq və reallıqla müqayisə edək.

Özünüzü, övladlarınızı qoruyun ki...1. "Azərbaycan hakimiyyəti koronavirus bəhanəsi ilə xüsusi rejim tətbiq edib, bu diktaturadır". Dünyanın 97 (!) ölkəsində COVİD-19 koronavirus pandemiyası ilə bağlı olaraq sosial təcrid və karantin rejimləri tətbiq olunub. 52 ölkədə fövqəladə vəziyyət halıdır ki, onların sırasına bu gün Yaponiya da qatıldı. Azərbaycanda fövqəladə hal yox, karantin rejimi tətbiq olunub. "Tənqidçi"lər isə, əmin olun ki, bu rejim gerçəkləşməsəydi, sosial şəbəkələrdə vaysınma quracaq, "Baxın, görün, Azərbaycan hakimiyyəti üçün vətəndaşın sağlamlığı heç nədir, bütün demokratik ölkələrdə karantin rejimidir, bizdə yox" deyəcəkdilər.

2. "Belçikada, Belarusda, İsveçdə karantin rejimi yoxdur, bizdə də belə olsun". Bəli, İsveçdə, Belçikada və Hollandiyada karantin rejimi yoxdur. Habelə, Belarusda da. Lakin bu ölkələrdə koronavirus sürətlə yayılır, yoluxanların və ölənlərin sayı durmadan artır. Bu, öz yerində.

İsveçdə və ya Belçikada qanunlara sayğı, dövlət qurumlarının göstəriş və tövsiyələrinə şəksiz, sözsüz əməl etmək iliyə və qana işləmiş anlam, yaşam tərzi və davranış modelidir. Əfsuslar olsun ki, Azərbaycan barədə bunu deyə bilmərəm.

Və ən nəhayət, İsveç vətəndaşlarının orta yaşam səviyyəsi ilə Azərbaycan vətəndaşlarının aylıq gəlirləri, iki ölkənin büdcələri də eyni deyil.

3. ""Evdə Qal" deyirlər, amma günəmuzd işləyənlər necə evdə qalsınlar?" Çox asan. Dünyanın istisnasız olaraq, bütün ölkələrində bu rejim tətbiq olunub. Və sivil ölkələr təki, Azərbaycanda da dövlət karantin rejiminin tətbiqi ilə bağlı kiçik və orta sahibkarlara, vətəndaşlara dəyən maddi ziyanı maksimum yüngüllləşdirmək üçün zəruri tədbirlər görüb, görür və görəcək. Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlara və şirkətlərə toplam olaraq ən azı 2,5 milyard manat (!) məbləğində güzəştlərlə yardımların edilməsi nəzərdə tutulub. Bu olacaq. Eyni zamanda, müvəqqəti ictimai iş yerləri yaradılır, əhalinin həssas qruplarından olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənməsinin mexanizmi işə salınır, bir qrup mal və məhsul idxal gömrük rüsumundan azad edilir, karantin rejimində evdə olanların iş yerlərində ixtisar edilməsi qəti yasaqlanır və s.

Dünya bazarlarında xam neftin qiymətinin ciddi şəkildə ucuzlaşdığını və Azərbaycanın büdcə gəlirlərinin də azaldığını nəzərə alsaq, bu, çox ciddi addımlardır.

Özünüzü, övladlarınızı qoruyun ki...Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan verilmədi ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Özünüzü, övladlarınızı qoruyun ki...... Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!"

Gerçəkdən də, belədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1657   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 779
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 932
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 971
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 808
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 530
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1278
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 848
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1330
.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir. Tədqiqatın nəticələri PNAS (Proceedings of th

05.05.2024 199