Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMA

Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMAHansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib.

"Report" "The Village"ə istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir.

Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edir.

Əgər xəstəsinizsə, maskalar daha çox çevrəni qorumağa yarayır, respiratorlar isə ətrafdakı xəstələrdən qismən qoruyacaq. Respiratorlardan söz düşmüşkən, onları növlərə bölmə olar: adi tibbi maskalar və FFP1, 2 və 3-cü sinif respiratorlar.

Respiratorun sinfini təyin etmək üçün onun üzərindəki damğaya baxmaq lazımdır. Belə ki, FFP1 ağ və ya sarı klapan, FFP2 göy plakan və rezin, FFP3 isə qırmızı rezin və qırmızı klapana sahibdir. Əgər respiratorun üzərində damğa yoxdursa, onu FFP1 kimi istifadə edin.

Adi tibbi maskalar

Adi tibbi maskalar hələ epidemiyanın başlanğıcında ən tez satılan qoruyucu məhsullardan oldu. Ancaq maskaların sizi xəstəlikdən qoruması minimum səviyyədədir, çünki üzə tam yatmır. Bununla belə, maskalar, sözsüz ki, potensial viruslu əllərinizlə üzə toxunmamağa kömək edir. Lakin tibbi maska sizə öskürək və asqırıq zamanı ətrafdakıları yoluxdurmamağa yardımçı ola bilər. Adi tibbi maskalarla bağlı ən vacib məqam onların iki saat sonra nəmləndiyi və artıq qoruyucunun içində müxtəlif virus və bakteriyaların yayılmağa başlamasından ibarətdir. Ona görə də özünüzü nasaz hiss etdiyniz təqdirdə, iki saatdan bir dəyişmək şərtilə maska taxın. Maska üzünüzdə olarkən ona toxunmayın! Onu çıxardıqdan sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMAFFP1 sinif respiratorlar

FFP1 (Filtering Face Piece) respiratorları toksik olmayan toz və iri aerozol damcılarından qorunmaq üçün istifadə olunur. Onlar tibbi maskalardan daha effektiv olsalar da, viruslardan qorunmağı təmin etmir. Qeyd etmək lazımdır ki, respiratorun üzə tam yatmadığı halda onların yararlılığı əhəmiyyətli dərəcədə düşür. Bu səbəbdən respiratoru istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdırlar.

Bu qoruyucuda klapan olduğuna görə daxili nəmlənmə gec baş verir. Beləliklə, FFP1 respiratorunu 4-8 saat arası işlətmək olar. Bu maska da ilk növbədə, əllə üzə toxunmamaq və ətrafı yoluxdurmamaqdan qoruyur. Respiratoru çıxardıqdan sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMAFFP2 sinif respiratorlar

Bu respiratorlar toksik və konserogen toz, mövcud aerozol, yağ və su şəraitinə uyğundur. Mütəxəssislərin fikrincə, bu tip respiratorlar sizi bir çox hallarda virusdan müdafiə ilə təmin etsə də, zəmanət vermir. Məsələn, potensial xəstələrlə sıx təmasda olan və ya həkimlərə onları istifadə etmək tövsiyə edilmir. Bu respiratoru 6-8 saat arası istifadə etmək olar. Onu diqqətli şəkildə, düz üzünə toxunmadan çıxartmaq lazımdır. Qoruyucunu çıxardıqdan sonra əlinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMAFFP3 sinif respiratorlar

Bu, ən çoxfunksiyalı adi respirator sayılır. Bundan sonra isə artıq əleyhqaz və filtrli maskalar gəlir. FFP3 respiratorları təhlükəli maddə, radioaktiv material, virus və bakteriyalarla bağlı xüsusi təhlükə olduğu halda istifadə olunur. ÜST məhz bu respiratorları xəstə, potensial virus daşıyıcıları ilə sıx təmasda olan tibbi personal və həkimlər üçün tövsiyə edir. Bu respiratorların, adətən, 8 saat istifadə müddəti olur.

Ancaq əgər siz virusdan müdafiəni maksimal səviyyəyə qaldırmağı düşünürsünüzsə, sadəcə, respirator yetərli deyil. Sizdə həmçinin qoruyucu gözlük və ya şəffaf qoruyucu ekran (dəbilqə) olmalıdır.

Digər problem isə bu respiratorda nəfəs almağın çətinliyidir. İnsanlar bu respiratorları 6 saatdan çox istifadə edə bilmir. Əgər siz bu respiratoru çıxarsanız, yenisini taxmağa məcbur olacaqsınız. Buna dözmək çətin olsa da, əks halda FFP3-ün istifadəsi anlamsız olar və siz pandemiya vaxtı qiymətli resursunuzu itirmiş olacaqsınız.

Digər respiratorlar kimi, bunu da səliqəli şəkildə, düz üzünə toxunmadan çıxarmaq lazımdır. İstifadədən sonra qoruyucunu polietilen paketə qoyub bağlamaq arzuolunandır. Daha sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1930   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 917
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 512
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 798
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 844
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 541
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1122
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 734
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 348
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1325