Komitə sədrinin müavini: "Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir"

Komitə sədrinin müavini: "Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir""Mənzillə təmin olunmanı, sadəcə hərbçilərə ev verilməsi kimi yox, daha əhəmiyyətli hadisə - Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş əhval-ruhiyyəsinin yüksək tutulması, dövlət təhlükəsizliyimizin təmin olunması konteksində qiymətləndirmək doğru olar".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, ön cəbhədə olan əsgər həm də bir vətəndaşdır, onun qayğıları öz həllini tapmalıdır: "Azərbaycan dövləti daim hərbçilərimizin bütün sosial problemlərini həll edir. Ordumuzun güclü, müdafiə qabiliyyətli olması üçün hərbçilərimizin bütün sosial problemləri də həll olunmalıdır. Azərbaycan dövləti ən müxtəlif vaxtlarda və vaxtaşırı hərbçilərin mənzillə təmin olunması ilə bağlı tədbirlər həyata keçirir, onların sosial rifahının, məişət şəraitinin yaxşılaşdırılmasına görə işlər görülür. Təbii ki, bunlar şəxsi heyəti sosial qayğılardan azad etməklə, onların diqqətini daim vətənin müdafiəsinə yönləndirmiş olur. Bu da hazırkı müharibə şəraitində yaşayan Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, milli təhlükəsizliyin qorunmasının müxtəlif vasitələri var. Bu gün hər bir ölkənin milli təhlükəsizliyini yumşaq güc vasitələrindən tutmuş hərbi güc vasitələrinə kimi geniş bir spektr əhatə edir. Ancaq bütün bunlara baxmayaraq, indiki tarixi mərhələdə ən ümdə məsələ və ən böyük vəzifə millətin ordusunun üzərinə düşür. Çünki sərhədlərimizin keşiyində dayanan əsgərlərimiz, milli ordu mənsublarımız ilk növbədə ərazi bütövlüyümüzün, milli təhlükəsizliyimizin təminatçıları qismində çıxış edirlər. Buna görə də Azərbaycan dövləti daim ordu mənsublarımızın sosial-məişət problemlərinin həlli ilə bərabər, mütləq şəkildə ordumuzun da ən müasir texniki avadanlıqlarla təchiz olunmasını təmin edir. Bu da kompleks xarakter daşıyır. Nəticədə ön cəbhədə olan əsgər həm də bir vətəndaşdır, qayğıları var. Onlar da öz həllini tapmalıdır".

Hikmət Babaoğlu:

"Bunlar şəxsi heyəti sosial qayğılardan azad etməklə, onların diqqətini daim vətənin müdafiəsinə yönləndirmiş olur".

Milli Məclisin deputatı Asim Mollazadə isə hərbçilərin sosial ehtiyaclarının həll edilməsini Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi kimi dəyərləndirib:
"Dövlətin orduya olan qayğısı Azərbaycan dövlətini daha da gücləndirir. İmkan yaradır ki, hərbçilər vətən uğrunda döyüşə gedəndə rahat olsunlar ki, dövlət onların yanındadır, dövlət təkcə onlara deyil, elə ailələrinə də dəstək göstərəcək.
Azərbaycan hazırda müharibə şəraitindədir. Müharibə həm səngərlərdə gedir, həm də informasiya platformasında. Ona görə də biz çalışmalıyıq ki, dövlətimiz güclənsin və Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü orduya çevrilsin. Əminəm ki, hərbçilərimizin bütün sahələrdəki sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti çox ciddi addımlar atacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.

Milli Məclisin deputatı Asim Mollazadə:
"Ona görə də biz çalışmalıyıq ki, dövlətimiz güclənsin və Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü orduya çevrilsin".
Ölkə başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.

Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbiçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

22:15 1
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 276
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

20:30 100
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 128
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 874
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 451
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 727
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

20:51 148
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 717