Karantini pozan şəxsdən narkotik çıxdı - FOTO

Karantini pozan şəxsdən narkotik çıxdı - FOTO
Karantin rejimini pozan Lənkəran sakinin üzərindən narkotik vasitə də aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BiG.AZ-a verilən məlumata görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Karantini pozan şəxsdən narkotik çıxdı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1342 Tarix: 05.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 06.04.2020
nç nç


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər