Sabun və ya antiseptik - Koronavirusu nə daha yaxşı öldürür?

Sabun və ya antiseptik - Koronavirusu nə daha yaxşı öldürür?Nə qədər ki, vaksin yoxdur, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bizdən tələb olunan əsas şey gigiyenadır. Hər hansı ictimai yerləri ziyarət etdikdən, ictimai və şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdən, qapı tutacaqlarına, pula toxunduqdan sonra, yeməkdən əvvəl əllərinizi yumaq məsləhətdir. Lakin bunu düzgün etmək lazımdır — əllər sabun və ya antiseptik vasitə ilə yuyulmalıdır.

Əllər nə ilə təmizlənməlidir?

Əczaçılıq sənayesinin əl üçün bir çox müxtəlif antiseptiklər təklif etməsinə baxmayaraq, alimlərin fikrincə, ən effektiv vasitə sabun və isti sudur. ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərin idarə edilməsi və profilaktikası Mərkəzinin (CDC) tövsiyələrində bildirilir ki, antiseptiklərdən yalnız əlləri sabunla yumaq mümkün olmadıqda istifadə olunmalıdır.

Sabun koronavirusu necə məhv edir?

SARS-CoV-2 birzəncirli RNT ehtiva edən virusdur. Ribonuklein turşusunun zənciri zülal qatı ilə örtülüb. Kapsid adlanan həmin qabıq da iki lipid qatı (yağlar və yağabənzən maddələr) ilə əhatə olunub. Taca bənzəyən zülal "tikanlar"ı elə məhz onlardan çıxır.

Sabun lipid qabığını dağıdır və virus suda həll olunur. Sabun hətta tamlığını qoruyub saxlayan patogen hissəcikləri də dəridən qoparır, onlar köpüklə birlikdə asan yuyulur.

Əlləri düzgün yumaq vacibdir

Su nə qədər isti olsa, bir o qədər yaxşıdır. Hər hansı bir xüsusi sabuna da ehtiyac yoxdur. Əsas odur ki, sabun yaxşı köpüklənsin. Çünki virus köpüklə yuyulub gedir.

Sabunun virusun qabığını dağıtması üçün ən azı 20 saniyə vaxt lazımdır. Sabun köpüyü biləkləri və ovucun arxa tərəfi də daxil olmaqla, əlləri tamamilə örtməlidir, eləcə də barmaqların arasına və dırnaqların altına nüfuz etməlidir.

Əgər sabun və su yoxdursa

Bu halda, mütəxəssislər, SARS-CoV-2-ni 30 saniyə ərzində öldürən etanol əsasında olan sanitayzerləri və ya antiseptik maddələri tövsiyə edirlər.

Ona görə antiseptik ilə təmizlədikdən sonra əlləri dərhal silmək lazım deyil, qoyun özləri qurusun.

Alimlərin fikrincə, dezinfeksiyaedici vasitədə etanol 70% - dən az olmamalıdır, CDC-nin tələblərinə əsasən isə 60% olmalıdır.

Araşdırmalar göstərir ki, yağ və kir antiseptiklərin təsirini zəiflədir, ona görə əlləri əvvəlcə sabunla yumaq daha yaxşıdır. Bundan əlavə, spirt sanitayzerlərindən tez-tez istifadə etmək olmaz, onlar sabundan fərqli olaraq dərini qıcıqlandıraraq, onu virusa daha həssas edir.

Özün hazırla

ÜST-nın saytında dezinfeksiya vasitələrini müstəqil düzəltmək üçün təlimat yerləşdirilib. Bunun üçün 80% etanol və ya 75% izopropanola 1,45% qliserin və 0,125% hidrogen peroksid əlavə etmək lazımdır.
Spirt və hidrogen peroksid infeksiyanı öldürür, qliserin isə dərini nəmləndirir. Lakin istənilən başqa nəmləndirici vasitələrdən də, məsələn, aloe veradan da istifadə etmək olar.

Nəm salfetlər

Əlinizin altında antiseptik yoxdursa, spirtli salfetlər köməyinizə çata bilər. Lakin alimlər hesab edirlər ki, SARS-CoV-2-ə qarşı benzalkonium xloridinə əsaslanan antibakterial salfetlərdən istifadə etməyin faydası yoxdur.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2504   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201