Azərbaycanda müəllimdən şok əməl: 15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə...

Azərbaycanda müəllimdən şok əməl: 15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə...Şəmkir rayonunda azyaşlıya təcavüz etməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Oruc Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oruc Quliyev keçmiş nişanlısı Samirə Əliyevanı (cinayət işində adı keçən zərərçəkmişlərin, onların yaxınlarının ad və soyadları şərti verilib – red.) 16 mart 2016-cı il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Cavadxan küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində yerləşən "Qədim şəhər" restoranının yaxınlığında sonuncunun tanımadığı avtomaşına minməsini görüb.

Nişanlısına dəhşətli əməl

Bu zaman Oruc Quliyev avtomaşına yaxınlaşaraq qapısını açıb və qısqanclıq zəminində əvvəlcə əli ilə Samirə Əliyevanın sifət nahiyəsindən, sonra isə üzərinə gəzdirdiyi bıçaqla sağ baldır nahiyəsindən qəsdən bir dəfə vurub. Oruc Quliyev Samirə Əliyevanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurub.

Sevgilisi olan şagirdi ilə cinsi əlaqədə oldu

Bundan başqa, Oruc Quliyev müəllim kimi fəaliyyət göstərməyə səlahiyyəti olmadığı və müvafiq dövlət orqanlarından rəsmi olaraq hər hansı razılıq (lisenziya) almadığı halda Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 477 ünvanında yerləşən evi kirayə götürüb. O, həmin evdə qanunsuz olaraq rəqs kursu təşkil edib və orada rəqs müəllimi kimi fəaliyyət göstərib.

Oruc Quliyev 2 yanvar 2018-ci il tarixdə, saat 04 radələrində əvvəllər rəqs etməyi öyrətdiyi və aralarında sevgi münasibətləri yaranmış Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Sahibə Səmədovanın onunla ailə quracağı adı ilə yaşadığı evin yaxınlığından götürüb və taksi avtomobili ilə Gəncə şəhərindəki, işlədiyi rəqs kursu otağına gətirib. Oruc Quliyev orada Sahibə Səmədovanın razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olub.

Tanışın evində sevgilisinə təcavüz etdi

Bundan sonra Oruc Quliyev 7 yanvar 2018-ci il tarixdə saat 15 radələrində,15 yanvar 2018-ci il tarixdə saat 11 radələrində tanışı Samir Babayevin kirayədə yaşadığı Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi ev 29, mənzil 14 ünvanında evin yataq otağında zor tətbiq etmədən Sahibə Babayeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Məlum olub ki, Oruc Quliyev Samirə Babayeva ilə İnstagram" və "Facebook" sosial şəbəkələri vasitəsi ilə tanıyıb. O, Samirə Babayevaya rəqs təhsili verəcəyi ilə aldadıb və kirayə tutduğu evə gətirib.

Münasibətləri kəsdi, polisə şikayət edildi

Bu müddət ərzində o, Samirə Babayeva ilə evlənəcəyini ona deyib və buna inandırıb. Belə olan halda da qız ona inanıb və onunla intim əlaqədə olmağa razılıq verib.

Lakin sonradan Oruc Quliyev Samirə Babayeva ilə münsibətləri kəsməyə qərar verib. Bundan sonra sonuncu hüquqş-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Oruc Quliyev həbs edilib.

2 il cəza

İstintaq orqanı tərəfində Oruc Quliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə Oruc Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Oruc Quliyevə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cəza təyin olunmayıb. Buna səbəb isə həmin ittiham üzrə cəza təyin edilməsi müddətinin keçməsi kimi əsaslandırılıb.

Hökmdən narazılıq

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Oruc Quliyevin Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmasını istəyib.

Hökm dəyişdirildi, cəza 6 ay artırıldı

Zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib. Zərərçəkmiş Oruc Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib. Oruc Quliyevin müdafiəçisi isə apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsinin istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Oruc Quliyevin vəkilinin şikayəti təmin olunmayıb.

Prokuror və zərərçəkmiş tərəfin verdiyi şikayətlər qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Oruc Quiyevin cəzası 2 il 6 aya qədər artırıb.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8984   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172