Cizgi filminin sonu - "Disney" koronavirusa görə işçilərini məzuniyyətə göndərir

Cizgi filminin sonu - "Disney" koronavirusa görə işçilərini məzuniyyətə göndərir
ABŞ-ın "Walt Disney" şirkəti ölkədəki bölmələrinin bir sıra əməkdaşlarını koronavirus pandemiyası fonunda ödənişsiz məzuniyyətə göndərəcək.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "USA Today" nəşrinə şirkətin rəsmiləri deyib.

Bir qədər öncə şirkət Kaliforniyadakı "Disneyland" və Floridadakı "Disney World" parklarının qeyri-müəyyən müddətə bağlandığını elan edib.

"Biz bölmələrimizin işini nə vaxt bərpa edə biləcəyimizi dəqiq bilmirik, buna görə də çətin bir qərar qəbul etmək və hazırda xidmətləri tələb olunmayan işçiləri əmək haqqı saxlanılmadan məzuniyyətə göndərmək məcburiyyətindəyik", - şirkətin bəyanatında deyilib.

Nəşrin yazdığına görə, işçilər aprelin 19-dan məzuniyyətə buraxılacaqlar. Bununla yanaşı, şirkət işçilərin ştatda saxlanılacağını və tibbi sığortadan istifadə edə biləcəyini qeyd edib. Həmçinin əməkdaşların 2,2 trilyon dollar məbləğində olan dövlət yardım paketi çərçivəsində maddi yardım almaq hüququ olacaq.

Hazırda ABŞ ərazisində bağlı olan "Disney" parklarında və mağazalarında 177 minə yaxın işçi çalışır. Şirkət nə qədər işçini ödənişsiz məzuniyyətə göndərəcəyini dəqiqləşdirilməyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 771 Tarix: 04.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər