64 yaşlı Xalq artisti karantin günlərini necə keçirir? - AÇIQLAMA

64 yaşlı Xalq artisti karantin günlərini necə keçirir? - AÇIQLAMA"Karantin rejimi elan edildiyi gündən bəri evdə istirahət edirəm, hətta idman aləti almışam ki, hərəkətsiz qalmayım. Amma məəttəl qalmışam, insanlar hələ də küçəyə çıxır. O insanlara daha kim və hansı şəkildə deməlidir ki, çölə çıxmayın, vəziyyət təhlükəlidir. Cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva, aktyorlar, həkimlər, din xadimləri, idmançılarımız xalqa müraciət ünvanlayıb. Mehriban xanımın dünənki müraciətini oxuyanda kövrəldim. Onun çağırışında ana şəfqəti var idi. Ana kimi dua edərək hər kəsdən evdə qalmağı xahiş etdi. Birinci dəfə idi ki, belə müraciət forması görürdüm. O, hər kəsə Sizin Mehriban deyə müraciət etmişdi".
Bu sözləri Publika.az-a açıqlamasında karantin günlərini evdə mütaliə və idman etməklə keçirdiyini deyən Xalq artisti Ramiz Novruz deyib. Sənətçi hər kəsi karantin rejiminin qaydalarına əməl etməyə səsləyib:

"Xəbərlərdə görürəm ki, 41 obyekt cərimələnib. Axı nə məcburdur ki, belə bir vəziyyətdə insanları işlədəsən... Bu halda əlimizdən gələn qədər ehtiyacı olan insanlara yardım etməliyik, eyni zamanda dövlətin tapşırıqlarını yerinə yetirmək vətəndaşlıq borcumuzdur. Karantin rejiminin şərtlərinə əməl etməliyik ki, bəladan mümkün qədər tez xilas ola bilək".
Xalq artisti karantin günlərindən səmərəli şəkildə faydalandığını dilə gətirib:
"Uzun müddətdir təxirə saldığım yazılarım üzərində işləməyə fürsət tapdım. Dünyanı xilas etmək heç vaxt belə asan olmayıb. Evdə oturmağın müsbət tərəflərindən biri də odur ki, həm virusun yayılmasının qarşısını alırsan, həm də mütaliə ilə məşğul olmaq üçün kifayət qədər vaxtın olur. Belə bir deyim var ki, indiyə qədər oxuduqlarımız bilik deyil, bilik indiyədək oxuduqlarımızdan yadımızda qalanlardır. Odur ki, Cəlil Məmmədquluzadənin kitablarını yenidən oxuyuram.
Ağciyərlərimdə əməliyyat keçirmişəm, həkim müayinəsindən keçmək üçün bəzən evdən çıxmalı oluram. Təbbi ki, maska və əlcək geyinməklə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2774   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3380
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1267
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 420
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 896
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 981
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1267
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2877
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1296
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 911