Mən niyə evdə qalıram?

Mən niyə evdə qalıram?Tam səmimi etiraf edim ki, fərd olaraq koronavirus (COVID-19) pandemiyasından qorxmuram. Yəni ən azından fiziki gücümə və bədənimin buna qarşı gələ biləcəyinə inanıram. Yəqin ki, mənim kimi düşünənlər az deyil.

Dünyada yoluxma və ölüm sayına, ölənlərin yaş qrupuna baxanda, eyni zamanda elə Azərbaycanda bu virusdan vəfat edən şəxslərin xəstəliklərinin siyahısına nəzər saldıqdan sonra bir az da əminlik yaranır.

Bəs bütün dünyada niyə sosial izolyasiya tədbirləri həyata keçirilir? Niyə bizə evdə qalmaq tövsiyə olunur? Ən əsası niyə evdə qalmalıyıq?

Statistika göstərir ki, koronovirus pandemiyasına yoluxanların böyük əksəriyyəti heç bu xəstəliyi hiss etmir. Xüsusi müalicə tələb etmədən virus bir müddət sonra aradan gedir. Amma yaşlı, xəstə insanlarda bu özünü daha qabarıq şəkildə büruzə verir. Virusun ən böyük təhlükəsi isə tez yayılması, insandan-insana keçməsidir. Yəni virus daşıyıcısı olan bir şəxs asanlıqla ətrafında olan insanları yoluxdura bilər.

Bəzən insanlar virusu adi bakterioloji xəstəliklərlə qarışıq salır. Virus özü müstəqil canlı orqanizm deyil. Onun yaşaması üçün canlı bir orqanizmdə olması mütləqdir. Ona görə də, əşyalarda koronavirusun uzun müddət qalmadığı bildirilir. Yəni dezinfeksiya işləri də ona görə aparılır ki, virus elə həmin dəqiqə məhv olsun.

Amma...

Bir çox azərbaycanlılar kimi mən də sözümün əvvəlində dolayı yolla "mənə heç nə olmaz" dedim. Amma bu mənim sosial məsuliyyət daşımadığım anlamına gəlmir. Dövlət tərəfindən görülən tədbirlər, müxtəlif işlər təbii ki, vətəndaşlar üçün hesablanıb. İlk növbədə bir vətəndaş olaraq qanunlara tabe olmaq və qaydalara əməl etmək borcumuzdur. İndi deyək ki, bunun məsuliyyətini dərk edə bilmirik. Savadımız bura qədər çatmır. Yaxşı, bəs bir insan olaraq düşünmək qabiliyyətimiz var axı. Niyə ancaq "mən"lə yaşayırıq?! Axı heç kəs olmayan adada deyilik. Yuxarıda qeyd etdiyim kimi virusu daşıyaraq yaya bilərik ki, bundan əzab çəkən insanlar olar.

İndi kimsə qınaya bilər ki, "sənin ağzın isti yerdədir, günəmuzd işləyənlər nə etsin?!" Olsun buna bir söz demirəm. Amma avtobus gələndə basabas salmaq, oturacağın üstündə məsafə saxlamaq barəsində elan olduğu halda oturmaq, işdən çıxanda "hava almaq üçün" küçədə gəzmək kimi hərəkətlərə nə ad verək?

Kimsə zərurətdən maşınla çıxır, başa düşüləndir. Amma "qaqaş, axşam çıxaq şəhərə, yollar bom-boşdur" fikirləşənlərə nə deyək?

Ümumiyyətlə, sosial məsuliyyət anlayışı bizdə bir qədər zəifdir. Acı da olsa, etiraf etmək məcburiyyətində qalıram. Məsələn, şəxsi əmlakımıza cüzi bir zərər dəysə, günlərlə bunun depressiyasını yaşayırıq. Amma ümumi istifadə olan bir əmlakı rahatlıqla sındıra bilirik. Bax hər şey də buradan başlayır.

Yaşlı insanlara "evdə otur" deyəndə, onlar darıxdıqlarını bildirirlər. Amma anlamaq lazımdır ki, qeyd etdiyimiz kimi virusu hiss etmədən daşıyan birisi ona xəstəliyi ötürə bilər. Nəticədə isə onlarla tibb işçisi öz həyatını təhlükəyə ataraq ona xidmət etmək məcburiyyətində qalacaq.

Əzizlərim! Yaman günün ömrü az olar deyiblər. Bu günlərdə bir az səbirli olmaq, birlik nümayiş etdirmək və sosial məsuliyyəti dərk etmək lazımdır.

P.S. Yaponiya koronovirusun yayıldığı ilk ölkələrdən biridir. Hətta ilk ölüm halı da fevral ayında qeydə alınmışdı. Amma bu günə qədər ölkədə karantin belə, elan olunmayıb. Sadəcə, insanlar özləri lazım olan qaydalara əməl edirlər. Polisin küçələrdə tədbir görməsinə, səsucaldıcı ilə xəbərdarlıq etməsinə ehtiyac belə yoxdur...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2808   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

30.04.2024 301
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 1946
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

12:45 281
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 200
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 697
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 568
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

10:35 201
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 261
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

30.04.2024 905