Zakir Qaralovun səlahiyyət müddəti bitir
Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatır.
Oxu.Az-ın məlumatına görə, Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.
Qeyd edək ki, "Prokurorluq haqqında" qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.
Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.
BiG.Az


Xəbərlər Baxılıb: 1703 Tarix: 01 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş