Səhv etmə bacarığı

Səhv etmə bacarığıMən televiziya verilişlərinə baxmağı sevmirəm. Ancaq, elə verilişlər olub ki, onlara hər zaman baxmışam – buz üstündə rəqs kimi. Sonralar mən onlara da baxmaqdan yoruldum; davamlı şəkildə baxmağı dayandırdım, indi ancaq bəzi epizodlarına baxıram. Baxdıqlarım arasında ən çox xoşuma zəif sayılanların, ya da ki, "seçilmişlərin" sırasına hələ daxil ola bilməyənlərin uğurlu çıxışları gəlir. Yeni başlayanların və ya uğursuz olanların uğur qazanması mənə uğurluların uğur qazanmasından daha böyük həzz verir.

Ancaq, iş bunda deyil. Məni ən çox heyrətləndirən konkisürənin (keçmişdə buz üzərindəki idmançıları belə adlandırırdılar) rəqs zamanı səhvini necə düzəltməsidir. O, yıxılır və qalxaraq sürətlə yenidən rəqsdə daxil olur və bu rəqsi elə şəkildə ifa edir ki, sanki yıxılma baş verməmişdi. Bu bacarıq çox böyük bir bacarıqdır.

Həyatda da buz meydanında baş verənlərdən daha çox səhvlər baş verir və o səhvlərdən çıxmağı bacarmaq lazımdır; gecikmədən və… gözəl şəkildə düzəltmək.

İnsan öz səhvində inadkarlıq göstərər və ya baş verənlərə görə həyatın bitdiyini, "hər şeyin məhv olduğunu" düşünərək həyəcan keçirirsə – bu, onun özü və onu əhatə edənlər üçün məyusluğa çevrilər. Ətrafdakılar səhvin özündən deyil, o səhvin həllinə qarşı insanın necə bacarıqsız davranmağından narahatlıq duyurlar.

Öz səhvini etiraf etmək (şərt deyil ki, bunu başqalarının qarşısında açıq şəkildə edəsən: bu, bəzən insanı utandırır, bəzən də göstərişə çevrilə bilər) hər zaman asan deyil və bunun üçün təcrübə tələb olunur. Təcrübə lazımdır ki, edilmiş səhvdən sonra bacardığın qədər tez və asan şəkildə yenidən işinə davam edəsən. Ətrafdakılar da insanı səhvini etiraf etməyə məcbur etməməlidirlər, tam tərsinə onu səhvi düzəltməyə təşviq etməlidirlər; yarışlarda yıxılan və ən birinci fürsətdə səhvini düzəldən idmançını sevinc dolu alqışlarla mükafatlandıran tamaşaçılar kimi reaksiya verməyi bacararaq.

D.S. Lixaçov (1906-1999, Sovet və rus mədəniyyət xadimi, akademik) – "Yaxşılıq haqqında məktublar"ından

(coaching.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1209   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724