"Azərişıq" ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO

"Azərişıq" ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO"Azərişıq" ASC-nin əməkdaşlarının ölkədə yaşanan mövcud vəziyyəti nəzərə almadan abonentləri incitdiyi iddia edilir.

Bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.

Fuad Kərimli adlı istifadəçi bu aya qədər "Azərişığ"a borcu olmadığını deyib. Vətəndaş iddia edir ki, qurum əməkdaşları ona və binadakı digər sakinlərə elektrik enerjisinin verilişini dayandırıb:

"#Evdəqal şüarı altında insanlara yaxşı dəstək olurlar. Binəqədi rayonu Sulutəpə-Çiçək qəsəbəsində yaşayıram. Dünən binanın kommendatı zəng vurub dedi ki, qurum əməkdaşları işığını kəsir. Dekabrın 25-dən qolum sınıb, əməliyyat olunmuşam. İşə çıxmıram. Üç aydır evdəyəm. Bu aya qədər borcum olmayıb. Amma bu çətin vəziyyətdə bu cür davranmaqları insafsızlıqdır".

Haldun Novruzzadə adlı istifadəçi isə iddia edir ki, qurum əməkdaşları "Azərişıq" ASC-nin təlimatı əsasında, abonentlərin mart-aprel ayı üzrə elektrik sərfiyyatına olan borclarının təcili ödənilməsini tələb edirlər:

"Tapşırıq verilib ki, borcu olana abonentlərdən təcili ödəniş alınsın. Kim işıq pulunu vermir, dərhal işığı kəsilsin. Hətta ərazidə işıq pulunu tam yığan işçiyə 600 manat bonus da vəd edilir. Qurum insanlara dəstəl olmaq yerinə, daha da incidir".

Yayılan məlumatlara münasibət bildirən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında mart-aprel aylarında abonentlərdən ödənişlərin təcili surətdə yığılması ilə bağlı iddiaların əsassız olduğunu deyib:

"Sosial şəbəkədə bəzi kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı qeyri-dəqiq informasiyalar paylaşılıb. Qurum rəhbərliyi tərəfindən elə bir təlimat verilməyib.

"Azərişıq" ASC hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Bu günlərdə isə bütün qurumlar kimi gücləndirilmiş iş rejimində çalışır. Abonentlərin elektrik enerjisinə olan borcları onlayn həyata keçirilir. Hətta elektrik sərfiyyatına olan borcunu ödəyə bilməyənlərə, sosial durumu yerində olmayanlara şərait yaradırıq. Onlar ödənişləri hissə-hissə köçürə bilir.

Bundan başqa, 65 yaşdan yuxarı şəxslər, evdən çıxmağa şəraiti olmayan abonentlərimizə isə əməkdaşlarımız tərəfindən zəruri yardım göstərilir. Bu ay ödəniş edə bilməyən abonentlərə növbəti ayda ödəmək şansı yaradılır. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. Bütün abonentlərimizə də təşəkkür edirik.

Nəzərinizə çatdırım ki, hazırda Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara uyğun şəkildə tədbirlər görülür. Bundan sonra da qəbul edilən qaydalara "Azərişıq" ASC tərəfindən operativ qaydada riayət olunacaq".

"Azərişıq" ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO"Azərişıq" ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1741   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 364
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 415
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 174
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 358
.

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs

30.04.2024 596
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 139
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 393
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30.04.2024 336
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 246