PPX-nin onlayn çatdırılma xidməti göstərən maşınları saxlaması ilə bağlı RƏSMİ AÇIQLAMA

PPX-nin onlayn çatdırılma xidməti göstərən maşınları saxlaması ilə bağlı RƏSMİ AÇIQLAMANazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla bağlı əlavə tədbirlər haqqında qəbul etdiyi son qərara əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib. Bu məqsədlə respublika ərazisində xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmətin dayandırılması, çatdırılma və onlayn satışlara məhdudiyyətsiz icazə verilməsi qərara alınıb.

Lakin, paytaxtın Xətai rayonu ərazisində Post Patrul Xidmətinin (PPX) əməkdaşları "FedEx Ekspress" şirkətinə məxsus üzərində reklam lövhəsi olan nəqliyyat vasitələrini saxlayıb.

Bu barədə Oxu.Az-a dünyada ən iri yükdaşıma şirkətlərindən biri olan "FedEx Express"in Azərbaycanda xidmət təminatçısı "Azəri Ekspress" şirkətinin şirkətinin direktoru Şaiq Qəribzadə məlumat verib. O bildirib ki, ölkədə mövcud vəziyyətlə əlaqədar olaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırıldığı üçün insanlar çatdırılma xidmətlərinə müraciət edir:

"Şirkətimiz mövcud vəziyyətlə əlaqədar ölkə daxilində çatdırılma xidmətini həyata keçirir. Əməkdaşlarımız supermarketlərdən, ərzaq mağazaları və apteklərdən vətəndaşların sifarişi əsasında alınan məhsulları aidiyyəti üzrə ünvanlara çatdırmaqla məşğul olur.

Bildirim ki, şirkətə məxsus nəqliyyat vasitələri arasında üzərində reklam lövhəsi olan və olmayan avtomobillər var. Nəqliyyat vasitələrinin bir qismi bizimlə əməkdaşlıq etmək istəyən şəxslərə aid olduğu üçün onların üzərinə reklam lövhəsi vurulmayıb. Əvvəlcə elə düşündüm ki, reklam lövhəsi olmadığı üçün yanlış anlaşılma olub. Lakin mənə bildirdilər ki, paytaxtın Xətai rayonu ərazisində PPX əməkdaşları tərəfindən üzərində şirkətə aid reklam lövhəsi olan avtomobili saxlayıblar.

Bizə vətəndaşlarla yanaşı kiçik və orta sahibkarlar da müraciət edir. Bəlkə də bu kiçik anlaşılmazlıqdır, polis əməkdaşlarının yanlış təlimatlandırlması səbəbindən baş verib. Hər iki halda bu məsələni bir qədər aydınlaşdırmağa çalışıram.

Sadəcə olaraq, Nazirlər Kabineti tərəfindən mövcud vəziyyətlə əlaqədar, qəbul edilən qərarda poçt şirkətlərinə məhdudiyyətsiz icazə verilməsinə dair məqamın qeyd olunmasını istərdim. Çünki bilirsiz ki, respublika ərazisində bir çox ticarət obyektlərinin fəaliyyəti dayandırılıb. Qərarda ölkə daxilində poçt xidmətləri ilə bağlı qadağaların olmadığına dair qeyd əks olunarsa, bu kimi anlaşılmazlıqlar aradan qalxar deyə düşünürəm".

Xatırladaq ki, "Azəri Ekspress" şirkəti 1997-ci ildən həm də TNT şirkətinin Azərbaycanda təmsilçisidir.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev aydınlıq gətirib. O bildirib ki, paytaxt daxilində çatdırılma xidməti göstərən şirkətlərin nəqliyyat vasitələrinə qadağa ilə bağlı göstəriş yoxdur:

"Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkətinə məhdudiyyət yoxdur. Sözsüz ki, çatdırılma xidməti göstərən şirkətlər vətəndaşların evdən çıxmadan onlayn sifarişlərinin ünvana çatdırlmasını təmin edir. Bu səbəbdən polis əməkdaşları tərəfindən həmin şirkətlərə məxsus nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilməz. Əgər belə bir faktla qarşılaşan şəxslər varsa, dərhal bizə və ya Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etsinlər. Məsələ yerindəcə araşdırılsın".

Eyni zamanda xüsusi karantin rejimi dövründə paytaxt ərazisində regionlara gediş-gəliş ilə bağlı da bir sıra qərarlar qəbul edilib. Belə ki, xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydası da təsdiqlənib. Həmin qaydalara əsasən, operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücülərinin keçməsinə icazə var. Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri isə işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1769   Tarix: 29 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 166
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 175
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161