Azərbaycanda bunlara əməl edən şəxslərə koronavirusa görə pul verilə bilər

Azərbaycanda bunlara əməl edən şəxslərə koronavirusa görə pul verilə bilərPrezident İlham Əliyevin Sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır.

Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır.

BiG.AZ xəbər verir ki, bu barədə "vergiler.az"a məlumat verən iqtisadçı ekspert Mehdi Babayev yaranmış vəziyyətdə zərər görən müəssisələrə dövlətin dəstəyinin zəruriliyini vurğulayıb:

"Mən əsas iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, sahibkarlara dəymiş zərərin müəyyən edilməsində hər iki tərəfin – həm müvafiq dövlət qurumu əməkdaşlarının, həm də sahibkarların bu məsələyə şəffaf yanaşmalarıdır. İkincisi isə dəymiş zərərin müəyyən edilməsi formasıdır. Əvvəla, biz "zərər" anlayışına xüsusi diqqət yetirməliyik. "Müəssisənin üzləşdiyi zərər" dedikdə nəyi başa düşürük? Sahibkarın üzləşdiyi zərərlərə görə şəffaf formada müraciəti vacib amildir".

M.Babayevin fikrincə, dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsində müəssisələrin zərərinin necə müəyyənləşdirilməsi ilə bağlı məsələ önəmlidir:

"Ola bilər ki, müəssisə fəaliyyətini məhdudlaşdırdıqdan sonra əldə etdiyi mənfəət kəskin azalmışdır, lakin zərərlə nəticələnməmişdir, yəni xərcləri gəlirlərindən çox olmamışdır. Yaxud müəssisənin kifayət qədər debitor alacaqları vardır, lakin debitor alacaqlarını vaxtında yığmadığına görə hazırda kreditor borclarını ödəyə bilmir. Digər tərəfdən əsassız, riskli müqavilələr çərçivəsində xərclər, kreditor öhdəlikləri artmışdır. Əgər şəffaflıqdan söhbət gedirsə, müraciət edən müəssisələrdə kütləvi olaraq əmək müqavilələrinə xitam verilməsi, əməkhaqqının az göstərilməsi və ya işçilərin ödənişsiz məzuniyyətə buraxılması halları baş vermişdirsə, belə müəssisələrin zərərlə bağlı təminat istəməsi ədalətli sayıla bilməz".

M.Babayev bildirib ki, müəssisələr adətən, mütləq sabit xərclərə görə zərər çəkir. Fəaliyyətinin olub-olmamasından asılı olmayaraq müəssisə bu xərcləri çəkmək məcburiyyətindədir. Buna aylıq əməkhaqqı və onunla bağlı digər sosial ödənişlər, icarə haqları, kreditlər və onların faizləri, lizinq ödənişləri, aktivlərin saxlanılması xərclərini misal göstərmək olar. "Bunlar sabit xərclərdir, onların ödənilməsi mütləqdir. Əgər sahibkar fəaliyyət göstərmirsə, gəlir əldə etmirsə, bu xərcləri də ödəyə bilməyəcəkdir. İlk növbədə, belə xərclərin, yəni zərərin əvəzinin ödənilməsinə dəstək verilməlidir".

M.Babayev xərclərin hesablanmasında mühüm məqama diqqət çəkərək bildirib ki, həmin xərclərin özü də şəffaf təqdim edilməli, şişirtmələrə yol verilməməlidir. Hesabatlarda rəqəmlər dürüst təqdim edilməlidir: "Müəssisənin zərərinin hesablanması üçün sonuncu rübün və ya ayın hesabatları əsas götürülsə də, həmin bəyannamələr və hesabatlarda əks etdirilən göstəricilərlə yanaşı, əvvəlki dövrün göstəriciləri də müqayisəli şəkildə yoxlanılmalıdır ki, bu vəziyyətdən sui-istifadənin, başqa sözlə, son hesabatlarda şişirdilmiş rəqəmlər təqdim etməklə göstərilən dəstəkdən daha çox yararlanmaq üçün xərclərin artırılmasının qarşısı alınsın. Bunun üçün müəssisələrin əvvəlki dövrlərdəki fəaliyyəti və maliyyə göstəriciləri təhlil edilərək müqayisə aparılmalıdır. Bununla da dövlətin dəstəyi daha çox şəffaf işləyən müəssisələrə şamil olunmalıdır".

Qeyd edək ki, koronovirus pandemiyasının yayılmasını önləmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra obyektlərdə, müəssisələrdə işlərin müvəqqəti dayandırılması, bu zaman işçilərin işdən çıxarılmaması və ya ödənişsiz məzuniyyətə göndərilməməsi tövsiyə edilib. M.Babayev bu tövsiyələrə əməl etməyən sahibkarlara dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Onun fikrincə, ilk növbədə, işçiləri işdən azad etməyən, onların əməkhaqqını kəsməyən, dövlətin çağırışlarına əməl edən sahibkarlara dəstək göstərilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11915   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544