Azərbaycanda 22 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda 22 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 25-i gündüzədək ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçib.

Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5,7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12°-dək isti, Naxçıvan MR-da 16-22° isti olub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1258 Tarix: 25.03.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol