Ruhumuzun barmaq izi

Ruhumuzun barmaq iziElvis Presley deyirdi ki, dəyərlərimiz barmaq izinə bənzəyir – gördüyümüz işlərdə bu izi qoyub gedirik.

Dəyərlər həyatımızın ən böyük hərəkətverici qüvvəsidir. Çox vaxt onların fərqində olmasaq da, hər birimizi həyatda istiqamətləndirən dəyərləri mövcuddur. Dəyərləri hansısa siyahıdan seçib həyata tətbiq etmək olmaz. Onlar məhz bizə aid olmalıdır, bizim ruhumuzu, dünya görüşümüzü, həyat fəlsəfəmizi təmsil etməlidir. Adında olduğu kimi, o qədər dəyərli olmalıdır ki, ən çətin anlarımızda belə mübahisə predmetinə çevrilməsin, vazkeçilməz olsun.

Dəyərlər – kompas kimidir, hər zaman getməli olduğumuz istiqaməti göstərir. Çətin anlarımızda onlara söykəndikdə, yaşadığımız çətinliklər öz yerini rahatlığa təhvil verə bilər.

İnsanlar və içlərində yaşadıqları cəmiyyətlər fərqli olduğu kimi, sahib olunan dəyərlər də müxtəlifdir. Dəyərlərin adı din və ya fəlsəfə kitablarında olduğu kimi təntənəli səslənməyə bilər. Misal üçün, Sovetskidə yaşayan gəncin də özünəməxsus dəyəri var: "svoyski" oğlan olmaq. Həbsxana həyatı yaşayan insanların da öz dəyərlər sistemi, özlərinə görə düzgünlük və sədaqət anlayışı var. Bəli, dəyərlər fərqli ola bilər, ancaq burada əsas olan odur ki, onlar başqalarının dəyərlər sisteminə zərər verməsin.

Dəyərlər başqalarına həyat haqqı tanımaqla, başqalarının həyatına hörmət göstərməklə başlayır. Tanınmış rus akademiki Dmitri Lixaçov yazırdı ki, dünyadakı ən böyük dəyər – həyatdır; başqasının həyatı, özünün həyatı, heyvanlar və bitkilər aləminin həyatı, mədəni həyat və s.

Uğurlu insan olmağa deyil, dəyərlərə sahib insan olmağa çalış.

A.Eynşteyn

Həyat son vaxtlar mənə bunu öyrətməyə çalışır: güclü dəyərlərin üzərində qurulmayan uğur təhlükəlidir, onunla ehtiyatlı olmaq lazımdır. Dəyərlərimiz düzgün olmazsa, hər nə yolla olursa olsun, uğura çatmağa çalışarıq. Son seçkilər zamanı dəyərlər mövzusu bir daha öz aktuallığını göstərdi. Cəmiyyət ikiyə bölündü – hər kəsin hərəkətində sahib olduğu dəyərin (bəlkə də, dəyərsizliyin) izi vardı.

Dəyərə söykənmədən qazandığımız vəzifələr, titullar, var-dövlət müəyyən zaman dilimində bizi "xoşbəxt" edə bilər. Ancaq, güclü şəxsi dəyərlərimiz olmazsa, günlərin birində özümüzü itirə bilərik. Özümüzün itdiyi yerdə isə sahib olduğumuz vəzifənin və ya var-dövlətin nə qiyməti varki?

Eynşteyn deyirdi ki, insanlara peşə öyrətmək kifayət deyil. Onun vasitəsilə insan bir növ faydalı maşın funksiyasını yerinə yetirəcək, lakin ahənglə inkişaf edən şəxsiyyət olmacaq. Tələbənin dəyərlər haqqında anlayışa sahib olması çox vacibdir. O, gözəlliyin fiziki və əxlaqi mənasını aydın dərk etməlidir. O insanlarla və cəmiyyətlə düzgün müasibət qurmaq üçün insanın var olma motivasiyasını, xülyasını və iztirabını anlamağı öyrənməlidir.

Əzbərçiliyə söykənən mövcud təhsil sistemimizin vətəndaş cəmiyyətinin quruculuğunda gücsüzlüyü – şəxsi dəyərlərin formalaşmasına və təbliğinə yad davranmasıdır. Bu irad ailə tərbiyəsi anlayışımıza da aiddir. Övladı bəsləmək, geyindirib-gecindirmək, oxutmaq – bütün bunlar vacibdir. Ancaq, valideynin, eyni zamanda təhsil sisteminin uşaq qarşısındakı ən böyük məsuliyyəti ona düzgün dəyərlər aşılamaq olmalıdır. Tərbiyə möhkəm dəyərlərin üzərində qurulmalıdır. Dəyərlərdən yoxsun böyüyən uşağa veriləcək zənginliyin və biliyin heç bir dəyəri olmayacaq.

Sual: Bəs sizin dəyərləriniz nələrdir?

Elçin Əzimli / Biznes kouç və təlimçi / coaching.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1492   Tarix: 19 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571