Dadlı omlet hazırlamağın 4 sirri

Dadlı omlet hazırlamağın 4 sirri

Axşam.az xanımlar üçün maraqlı reseptlər təqdim edir:

Qızardılmış pendirli çörək

Ərzaqlar:
Konservləşdirilmiş pomidor – 400 qr.
Tomat pastası – 0,5 x/q.
Soğan – 1 ədəd
Çedar pendiri – 175 qr.
Xardal – 0,5 ç/q.
Qara pivə – 50 ml.
Sarımsaqlı sous – ¼ ç/q.
Bir yumurtanın ağı
Xırda doğranmış cəfəri – 1,5 x/q.
Halqavari çörək dilimi – 8 ədəd
Duz və istiot zövqə görə

Hazırlanması:
Konservləşdirilmiş pomidoru, xırda doğranmış soğanı və tomat pastasını qazana töküb, 10 dəqiqə sobada bişir. Duz və istiot əlavə edib, oddan götür. Sürtgəcdən keçirilmiş pendiri, xardalı, sarımsaqlı sousu, yumurta ağını, cəfərini, duz və istiotu qarışdır. Əvvəlcədən qızardılmış çörəkləri tavaya qoyub, üzərinə birinci pomidorlu qarışığı, sonra isə pendiri tök. İsidilmiş sobaya qoyub, pendir əriyənə qədər bişir.

Ləzzətli omletin 4 sirri:

Əgər hazırladığın omletin yaxşı şişməsini, dadlı alınmasını istəyirsənsə, onda bu qaydalara əməl edin:

1. Yumurtanın ağını və sarısını ayrı-ayrılıqda qarışdırn.
2. Onları bir yerə töküb, qarışdırdıqdan sonra, içərisinə azca smetan əlavə edin.
3. Omletə 2-3 xörək qaşığı bulyon tökmək onu daha da ləzzətli edəcək.
4. Omletə azca un əlavə etsəniz, o daha çox şişəcək.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1170 Tarix: 19.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər