Fransız ekspert: "Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar" - MÜSAHİBƏ

Fransız ekspert: "Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar" - MÜSAHİBƏ"Green Cross" beynəlxalq qeyri-hökumət təşkilatının Fransa şöbəsinin icraçı direktoru Nikola İmberin (Nicolas İmbert) "Report" agentliyinə müsahibəsi:

- Bərpa olunan enerji mənbələrindən, xüsusən də günəş enerjisindən istifadə etməyin üstünlükləri nələrdir?

- Bu gün alternativ adlandırdığınız, başqa dillə desək, bərpa olunan enerji, fossil yanacaqları ilə müqayisədə daha az sərmayə tələb edir. Bundan əlavə, bərpa olunan mənbələrdən enerji almaq üçün avadanlıqların quraşdırılması daha sadədir və daha ucuz başa gəlir. "Green Cross" inanır ki, 20 ildən az bir müddətdə enerji sektoru 1D-dən 4D-yə keçib, yəni daha şaxələndirilib, karbon emissiyaları azalıb.

- Qeyd etdiniz ki, bərpa olunan mənbələrdən enerji istehsalı üçün avadanlıqları quraşdırmaq sadədir. Bəs alternativ enerji rəqabət qabiliyyətlidirmi?

- Bərpa olunan enerji mənbələri mükəmməl iqtisadi rəqabət qabiliyyətləri nəticəsində sürətlə inkişaf edir və bu gün artıq onlar zəruri olublar. Fransa fossil və parçalanan enerjiləri və xüsusən nüvə enerjisini maliyyələşdirən ölkələrdəndir. Hətta bu xərclərin bir hissəsi istehlakçıların, vergi ödəyicilərinin üzərinə düşür. Bu bazar modelinə baxmayaraq maliyyələşdirilməyən külək və günəş enerjiləri digər enerji mənbələrindən, xüsusən də maliyyələşdirilən nüvə enerjisindən daha rəqabətli olub.

Fransız ekspert: "Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar" - MÜSAHİBƏ- Bərpa olunan enerjidən istifadə baha başa gəlirmi?

- Enerjinin qiyməti və enerji istehsal edən infrastruktura qoyulan investisiyanın qiymətini bir-birindən fərqləndirmək vacibdir. Enerji istehsal edən infrastruktura qoyulan sərmayənin qiyməti çox deyil. Bu da mərkəzləşdirilmədən, istehsalın tələb oluna biləcəyi yerə yaxın və 4 ildən 10 ilə qədər müddətdə nəticələr verərək, çox zaman gəlir gətirə biləcək sərmayəyə imkan yaradır. O ki qaldı enerjinin qiyməti və vergi məsələlərinə, bu çox vaxt siyasi seçimdir. Yəni dövlət özü buna istədiyi kimi nəzarət edə bilər. Vurğulamaq istəyirəm ki, çox vaxt enerjinin ən bahalı olduğu ölkələr (Skandinaviya, Kanar adaları ...) bərpa olunan enerji mənbələrindən enerji istehsalına və istehlakına daha tez keçiblər və beləliklə, rəqabətdə daha güclü olublar.

-Ekologiyanın və meşələrin qorunmasında alternativ enerjidən istifadənin üstünlükləri nələrdir?

- Bərpa olunan enerji mənbələri çoxdur. Biz günəş və küləkdən istehsal olunan enerjiyə toxunduq. Amma bərpa olunan qazları da unutmayaq. Bunlar əsasən anaerob, piroqazifikasiya və ya mikro yosunlardan alınır. Bundan başqa, sudan alınan enerji də var ki, bura mikro hidravlik, dalğa enerjisi və sair daxildir. Bunlar böyük yeniliklərdir. Bərpa olunan enerji mənbələri ətraf mühitdə dörd sahədə aparıcı rol oynayır: karbon emissiyalarının azaldılması, suyun keyfiyyəti və biomüxtəliflik. Misal üçün anaerob meşələrin və kənd təsərrüfatı mallarının sağlamlığı üçün xeyirlidir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bu enerjilər fossil yanacaqlarından daha artıq dözümlüdür. Yəni, böyük bir iqlim dəyişikliyi baş verərsə, onlar daha asanlıqla bərpa oluna biləcəklər.
Fransız ekspert: "Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar" - MÜSAHİBƏ- Fransada alternativ enerji mənbələrindən hansılar daha geniş yayılıb və Fransa öz təcrübəsini Azərbaycanla bölüşə bilərmi?

-1960-cı illərdən etibarən Fransada həddindən artıq mərkəzləşdirilmiş enerji sistemi formalaşıb ki, bu həm də ölkədə enerjidən tələbatdan artıq istifadə edilməsinə səbəb olub. Ölkə bu gün enerji keçidinə çox az uyğunlaşıb. Lakin Dunkerque, Bordo, Lyon kimi qabaqcıl bölgələrin və xüsusən də aqlomerasiyaların təkidi ilə milli müzakirələr başladı, enerjiyə keçid haqqında bir qanun qəbul edildi və nəhayət ölkə enerji keçidinə qədəm qoyuldu. Lakin bu günə qədər enerji müxtəlifliyinə görə Avropa qonşularımızdan daha az inkişaf etmişik. Bununla belə, universitetlərimiz, sahibkarlarımız, eyni zamanda orta şəhərlərimiz Azərbaycan üçün maraqlı ola biləcək enerji səmərəliliyi və "enerji olan ərazi"dən "enerjiyə keçid ərazisi"nə çevrilməsi baxımdan lazımi bilik və bacarığa malikdirlər. Məsələn, "Assises de l’Energie" kimi aktyorlarımız var ki, bu sahədə dərin nəzəri biliklərə malikdir və enerji keçidi sahəsində fəaliyyəti əvəzolunmazdır. Yaxud innovasiyalar ərazisinə çevrilmiş Dunkerque şəhər icması dinamik layihələri ilə enerji keçidinin cəmiyyətin inkişafında, həmçinin ekoloji və iqtisadi inkişafdakı rolunu nümayiş etdirməkdədir. Beləliklə, belə qabaqcıl aktyorlarımızın Azərbaycanla əl-ələ verib əməkdaşlıq etməsi hər iki tərəf üçün xeyirli ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 12 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 209
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 159
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 135
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 255
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

15:01 131
.

TOP MP3