Azərbaycanlı internet istifadəçiləri hansı virtual təhlükələrlə qarşılaşıblar? – AÇIQLAMA

Azərbaycanlı internet istifadəçiləri hansı virtual təhlükələrlə qarşılaşıblar? – AÇIQLAMAÖtən il Azərbaycanda hər iki istifadəçidən biri lokal təhdidlərlə, yəni kompüter və elektron daşıyıcılarda aşkarlanan risklərlə üzləşib.

BiG.AZ-ın bildirdiyinə əsasən, bu baədə TED.az-a "Kaspersky" şirkətindən məlumat verilib.

Məlumata görə, təhdidlərə məruz qalanların 52%-i ev istifadəçisi, 48%-i korporativ istifadəçi olub: "Bu təhlükələrə internetdən yoluxma riski ilə ev istifadəçilərinin 21%-i, korporativ istifadəçilərin isə 13%-i qarşılaşıb. Mobil təhlükələrdən ən zərərlisi maynerlərdir. Bu tip zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin sayı 4% təşkil edib. Bundan əlavə, 2019-cu ildə "Kaspersky" həlləri təxminən 600 min fişinq saytlarına keçid cəhdinin qarşısını alıb".

"Kaspersky" şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib ki, məlumatlardan göründüyü kimi, internetə qoşulmayan qurğular heç də zərərli proqramlardan avtomatik qorunmuş olmur: "2019-cu ildə Azərbaycanda bu cür təhdidlərin böyük payı korporativ sektorda aşkar edilib. Çox vaxt bu kimi hallar işçilərin əsas təhlükəsizlik qaydalarını bilməmələri nəticəsində baş verir. Bu risklərin qarşısını almaq həm mövcud, həm də yeni təhlükələri tanıyan güclü texnoloji imkanlara malik etibarlı qoruyucu həll vasitəsilə mümkündür. Bundan başqa, təşkilatlar işçiləri rəqəmsal gigiyena qaydaları haqqında məlumatlandırmaq üçün vəsait ayırmalıdırlar".

Kiber təhdidlərdən qorunmaq üçün «Kaspersky» aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

• Şübhəli mənbələrdən gələn məktublar, mesajlar və ya SMS-lərdəki linklərə keçməyin;

• Əməliyyat sistemi və tətbiqləri üçün mütəmadi olaraq yeniləmələri quraşdırın;

• Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;

• Hesablar üçün mürəkkəb və fərqli şifrələrdən istifadə edin;

• Vacib məlumatları müntəzəm olaraq cihazınızdan bulud, USB və ya sabit disklərə kopyalayın;

• Tətbiqlərin yalnız lazım olan funksiyalara girişinə icazə verin;

• "Kaspersky Internet Security" kimi etibarlı qoruyucu həll quraşdırın.

Qeyd edək ki, "Kaspersky" şirkətlərə işçilərin kiber savadlılığını artıran təlimlər keçirmək tövsiyə olunur. Məsələn, «Kaspersky ASAP» avtomatlaşdırılmış platforması təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməyə və davamlı vərdişlər yaratmağa kömək edir. Bu həll, işçinin kibertəhlükəsizlik sahəsindəki cari biliklərini qiymətləndirməyə, iş vəzifələrinə və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar toplusunu müəyyən etmək üçün qrafik təyin etməyə imkan verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1043   Tarix: 11 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925