Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar

Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar

Xalq artisti Emin Ağalarovun ABŞ-da planlaşdırdığı konsert turnesi başa çatıb.

BiG.AZ xəbər verir ki, müğənni Toronto, Nyu-York, Çikaqo və Los-Ancelesdə çıxışlar edib. Amerika Emini təkcə tamaşaçı ilə dolu olan zalla yox, həm də isti münasibətlə qarşılayıb.

Tədbir boyunca sənətçi "Got me Good", "Boomerang", "Still", "Я лучше всех живу", "Нежная", "Девочка моя" kimi hitlərini səsləndirib.

Eminin ilk konserti Torontoda gerçəkləşib. Digər çıxışı isə Nyu-Yorkda "Town Hall"da baş tutub. Konsert zamanı anası və bacısı da Emini tək qoymayıb.

Konsertdə ən yaddaqalan məqam isə Eminin Müslüm Maqomayevin "Синяя Вечность" mahnısını oxuyan zaman yaşanıb. Tamaşaçılar ifaçı alqışlarla qarşılayıblar.

Konsert ərəfəsində emin Amerika mediası ilə də görüşüb. O, "City News Toronto" və "Daily Mail International" telekanallarına müsahibə verib.

Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar
Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar
Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar
Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar
Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar
Emin 4 gün Amerikada anşlaq etdi - Fotolar

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1081 Tarix: 27.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər