Nikah hansı hallarda qeydiyyat şöbəsində pozulur?

Nikah hansı hallarda qeydiyyat şöbəsində pozulur?

Ər-arvadın ikisi də boşanmağa razıdırlarsa və onların ümumi uşaqları yoxdursa, və yaxud uşaqlar 18 yaşına çatıbsa, o halda nikahı pozmaq üçün qeydiyyat şöbəsinə müraciət etmək lazımdır.

BiG.AZ-ın e-huquq.az-ın məlumatına görə, ər-arvadın biri boşanmağa razı olmadığı halda və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa, o halda nikah qeydiyyat şöbəsində pozula bilməz. Məhkəməyə müraciət olunmalıdır. Nikahın qeydiyyat şöbəsində pozulması üçün hər iki tərəf ərizə ilə qeydiyyat şöbəsinə müraciət etməlidir. Tərəflərdən biri ərizə verməkdən yayınarsa, nikah məhkəmə qaydasında pozulur.

18 yaşa çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda qeydiyyat orqanında aparılır:

• ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

• ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

• ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 680 Tarix: 26.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər