"İlk dəfə idi ki, mən bu qədər sarsıntı keçirirdim" - məşhur aktyor Xocalıya həsr edilən filmdən danışdı

"İlk dəfə idi ki, mən bu qədər sarsıntı keçirirdim" - məşhur aktyor Xocalıya həsr edilən filmdən danışdıBir çox aktyorlar vətənpərvərlik mövzusunda çəkilən filmlərdə obraz canlandırdıqdan sonra psixoloji sarsıntı keçirdiyini deyirlər. Bunun səbəbi filmdəki canlandırdıqları obrazların yaşadıqları hadisələr, ümumilikdə filmin ssenarisi olur. Aktyor obrazın yaşadığı hadisələrin ağırlığını tamaşaçıya çatdırmaq üçün həmin hisləri özü də yaşamalı olur. Bu da istər psixoloji, istərsə də mənəvi cəhətdən aktyora təsirsiz ötüşmür.

Belə bir suallar yaranır: Vətənpərvərlikdən bəhs edən filmlərdə rol almaq digərlərindən nə ilə fərqlənir? Belə filmlərdə obraz canlandırmağın çətin tərəfləri nələrdir?

"Dolu" filmi ilə yaddaşlarda qalan, bundan əlavə, bir çox film və seriallarda obraz canlandıran kinorejissor, aktyor Elvin Əhmədov BiG.AZ-a açıqlamasında vətənpərvərlikdən bəhs edən filmlərdə rol almağın digərlərindən fərqləndiyini bildirib:

"Vətənpərvərlik mövzulu filmlərdə rol almaqla aktyor xalqa, tamaşaçıya lazımlı biri olduğunu göstərmiş olur. Belə deyim də, digər film və seriallarda aktyor bir insanın həyatını canlandırır. Lakin vətənpərvərlik mövzulu filmlərdə müharibədə iştirak edən, şəhidlik zirvəsinə ucalan igid oğulların ümumiləşmiş obrazını yaradır. Bu da heç asan deyil.

"İlk dəfə idi ki, mən bu qədər sarsıntı keçirirdim" - məşhur aktyor Xocalıya həsr edilən filmdən danışdıO ki, qaldı həmin obrazların daha çətin olmasına, onu qeyd edim ki, əslində çətin olmayan bir obraz yoxdur. Hər obrazın öz çətinlikləri var. Əsas odur ki, rolunu uğurla tamaşaçıya təqdim edəsən. Xalqın gözü tərəzidir. Tamaşaçı filmi izləyir və yaxşını pisdən ayırır. Vətənpərvərlik filmlərində obraz daha çətin olmur. Sadəcə bu filmlərdə çəkiləndən sonra aktyorda qəribə bir hiss olur. Bunu sözlərlə izah etmək mümkün deyil. Sarsıntı keçirirsən. Baxmayaraq ki, çəkiliş komandasında hamını tanıyırsan, amma yenə də qəribə bir həyəcan olur. Sonuncu çəkildiyim "Sonsuzluğa uzanmış gecə" filmi də Xocalı faciəsinə həsr olunub. Bu filmə çəkilərkən ilk dəfə idi ki, mən bu qədər sarsıntı keçirirdim. Filmdə baş verən hadisələr məni sarsıntıya saldı. Çəklişlər artıq bir neçə gündür ki, bitib. Lakin mən hələ də təsirindəyəm.

Bir həftəyə biz bir komanda olaraq yeni bir filmin çəklişlərinə başlayırıq. Aprel döyüşlərinə həsr olunmuş fim 4 serialı olacaq. Biz bir neçə həftə həmin filmin çəklişlərində olacağıq. "Aprel döyüşləri" filmdə də rol almağım mənim üçün qürurvericidir".

Qeyd edək ki, Elvin Əhmədovun çəkildiyi bir çox filmlər vətənpərvərlik mövzusundadır. Aktyor Türkiyənin məşhur "Savaşçı" serialında Mehmet Emin Vahabzadə obrazını canlandırırb. Serial döyüş və müharibə janırında çəkilib.

"İlk dəfə idi ki, mən bu qədər sarsıntı keçirirdim" - məşhur aktyor Xocalıya həsr edilən filmdən danışdıLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3484   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

16:50 127
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 0
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 179
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 872
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 0
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 140
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

18:10 56