Azərbaycan tanınmışların məhkum olmuş yaxınları - Arif Quliyev, Mətanət Əsədova… - SİYAHI

Azərbaycan tanınmışların məhkum olmuş yaxınları - Arif Quliyev, Mətanət Əsədova… - SİYAHIAzərbaycanda bir çox tanınmış simalar var ki, onların övladlarının, digər yaxınlarının səhv addımları bu şəxsləri gündəmə gətirib, adlarının tez-tez mətbuat səhifələrində hallanmasına səbəb olub. Bəzi tanınmışların övladlarının cinayət məsuliyyətinə cəlb edilməsi, onların nüfuzuna ciddi zərbə vurub.

BiG.AZ ölkə.az-a istinadən yazını təqdim edir:

Məşhur aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq, 14 il müddətinə həbs cəzası alıb. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 2012-ci ilin yanvar ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tanınmış aktrisa, Xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. O, Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək , 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul oğurlayıb. O, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz narkotikə olan ehtiyacından törətdiyini bidirib.

Tanınmış müğənni Mətanət Əsədovanın bacısı Nurlana Əsədovanın həyat yoldaşı Məhəmmədəli Muradovla birlikdə 2013-cü ilin sentyabr ayında Abşeron rayonu Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən Arzu Öztürkə məxsus aptekə basqın etməkdə təqsirli biliniblər.

Onlar aptekdə satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı hədələyərək Arzu Öztürkə məxsus 950 manatı ələ keçiriblər.

Məhəmmədəli Muradov və Nurlana Əsədova Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, zor tətbiq etməklə, silah qismində istifadə etməklə quldurluq etmək) maddələri ilə ittiham ediliblər.

İstintaq dövründə Nurlana Əsədova Bakı istintaq Təcridxanasında intihar edib.

Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva isə dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N.Paşayeva, 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə tutulub. O, 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilib. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. N.Paşayeva 2012-ci ildə qaraciyər serrozundan vəfat edib.

2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olan Emil Rəhmanov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğludur.

Soyğunçuluqda günahlandırılan E.Rəhmanov 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. Aktyorun oğlu 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

İstintaq zamanı bəlli olub ki, müğənninin oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Daha sonra M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə, məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib və 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin oğlu qeyri-rəsmi nikahdan dünyaya gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8811   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207