Qazı kimlər və necə oğurlayır? - VİDEO

Qazı kimlər və necə oğurlayır? - VİDEO"Azəriqaz" İstehsalat Birliyinin (İB) 104/185 saylı çağrı mərkəzinə zəng gəlir: "Sizi Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisindən narahat edirəm. Bu artıq 4-cü zəngimdir. Qonşum təbii qazdan qeyri-qanuni istifadə edir, oğurluqla məşğuldur".

Bu abonent qazdan normal şəkildə istifadə edən vətəndaşdır. Onu narahat edən isə anormal qonşusudur. Çünki onun kimi bir çoxları qazı rejimə uyğun, başqa sözlə, normal təzyiqdə ala bilməmələrindən tez-tez şikayətələnirlər. Çoxu səbəbi bilmir, amma şikayətçi olan bu vətəndaş məsələnin kökündən-qazın təzyiqini aşağı salıb, əsəbdən onun kimilərinin qan təzyiqini qaldıran qonşusunun əməlindən xəbərdardır...

Qazı kimlər və necə oğurlayır? - VİDEOBu, qeydə alınan yüzlərlə faktlardan biridir. "Azəriqaz" İB bu kimi halların qarşısını almaq üçün yalnız bir variantdan istifadə edir: qanunsuz xətt ümumi kəmərdən dərhal kəsilərək ayrılır. Bir dəfə, iki dəfə, üç dəfə və... dəfələrlə. Amma qaz təsərrüfatı işçilərinin ərazidən uzaqlaşmalarından sonra cəmi yarım saat kifayət edir ki, adətkar olan qaz oğrusu yenə də əməlini təkrarlasın. Bu cür "gizlənpaç" oyunu mövcud kəmərlərin səthini deşik-deşik edib. Belə faktlar Sabunçu rayonunun Maştağa və Nardaran kəndlərində, Binəqədi rayonunun Xocasən, Abşeron rayonunun Hökməli, Suraxanı rayonunun Zığ və Xəzər rayonunun Binə qəsəbələrində daha çox müşahidə olunur...

Bu ərazilərdə fərdi yaşayış evlərinin qarşısından keçən qaz xətlərini saxlayan dirəklərə diqqət yetirmək kifayət edir ki, "Azəriqaz"ın hansı çətinliklərlə qarşılaşdığını görmək mümkün olsun. Qaz təsərrüfatı işçiləri özləri də bəzən dirəklərdən deşik açmaq məcburiyyətində qalırlar. Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına, qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. Günlərlə, aylarla uçan bu qaz, təkcə "Azəriqaz" İB-nin itkisi deyil, bütövlükdə, dövlətin sərvətinin talanmasıdır.
Qazı kimlər və necə oğurlayır? - VİDEO2019-cu ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunub. 67,5 milyon kubmetr (bura qeyri-əhali qrupuna aid 6 milyona yaxın kubmetr də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxtətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

"Azəriqaz" bu mübarizədə, sözün əsl mənasında, təkdir. Qurumun qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma burada yaxşı bilirlər ki, bəziləri bu minvalla nəinki təkcə öz tələbatlarını ödəyir, hətta həyətlərindən digər qonşularına da qaz paylayır, onların istixanalarını qazla təmin edir, bir sözlə, özləri üçün "mini qazpaylayıcı şəbəkə" yaradırlar.
Qazı kimlər və necə oğurlayır? - VİDEOAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Mövcud qanunvericiliyin təkmilləşdirildiyi deyilsə də, ortalıqda hələ yekun nəsə görünmür. Elə talançılıqla havaya uçan qazın görünmədiyi kimi...

Virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2256   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 792
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 301
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 317