"Efirdə əxlaqsızlığı və cinsi azlıqları reklam etməmişəm ki!"- Nazilə Aynurla davasından danışdı

"Efirdə əxlaqsızlığı və cinsi azlıqları reklam etməmişəm ki!"- Nazilə Aynurla davasından danışdıXəbər verdiyimiz kimi, dünən "ARB TV" də yayımlanan "Ona qalsa" proqramında qonaq olan müğənni Aynur Dadaşova və aparıcı Nazilə Səfərlinin arasında canlı yayımda qalmaqal yaşanıb.

BiG.AZ xəbər verir ki, aparıcı və müğəninin veriliş zamanı qalmaqalları sosial şəbəkədə tənqid hədəfinə çevrilib. Bu səbəbdən Nazilə Səfərli instaqram hesabında məsələyə aydınlıq gətirib:

"Əzizlərim, efirdə yaşanan gərgin adlandırdığınız anlara aydınlıq gətirmək istəyirəm. Saytlarda ünvanıma nalayiq sözlər yazan hər kəs ona-buna pul atmaqla məşgul olanlardı. Hər zaman belə olub ki, pulu verəndə yaxşı adamsan, istəyəndə pis adam olursan.Ay sizə qurban olum, mən öz pulumu istəmişəm. O pulu məndən təcili alıblar ki, Röyaya mahnını hazır təhvil verməliyik. Yoxsa, Röya oxumayacaq. Məşhurlaşmağa təzə başlayanlar kimi mən də bəzi xərclər çəkmişəm bu yerlərə gələnə qədər...Düşünün, 8il bundan öncə borc tapıb 1000 azn aranjemana pul vermişəm ki,mahnımı Röya oxusun. Mahnı hazır olandan sonra Ruslan dedi ki, Röya vaxt tapıb studiyaya gələ bilmir. Bir sözlə, oxumaga gəlmədi. İndi özümə maraqlıdır ki, görəsən, heç Röyanın bundan xəbəri var? Mahnı 7 il yatdı sonra bir gün Ruslan zəng etdi ki, mahnını Aynur Dadaşovaya 1500 manata verdim. Soruşdum ki, bəs Röya nə oldu? Dedi ki, oxumağa gəlmədi. Nə edim, ucuz satdım ki, sənin pulun batmasın. Soruşdum ki, bəs pul hanı? Cavab verdi ki, Aynur verməyib: "Alanda verəcəm".
Keçən il Aynurla tədbirdə qarşılaşanda soruşdum, cavab verdi ki, pulsuz mahnı olar? Çoxdan vermişəm. Ruslana zəng etdim, deyir elə şey olmayıb. İndi mən neyləmişəm ki, deyirsiniz efiri bazara çevirmişəm. Bu mövzu və vaxtsa açılmalı idi. Heç kəsi təhqir etməmişəm. Efirdə əxlaqsızlıq təbliq etməmişəm, cinsi azlıqları şüuraltı reklam etməmişəm. Zərərli məlumatlar yaymamışam, naxələflik etməmişəm, ailələrə burun soxmamışam, sadəcə pulumu istəmişəm. Aynura da təşəkkür edirəm ki, məsələyə aydınlıq gətirdi. İnşallah, Ruslan pulumu göndərər, mən də lazım olan işlərimi həll edərəm. Hər iki insana hörmətim var. Qərəzim yoxdur. Vəssalam".

Samirə Qasımova
"Efirdə əxlaqsızlığı və cinsi azlıqları reklam etməmişəm ki!"- Nazilə Aynurla davasından danışdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6760   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1173
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 438
.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

15:12 200
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1059
.

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb. "Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada "Always" ilə çıxış edəndə 15 yaşım va

01.05.2024 888
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1480
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1580
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

11:22 390
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1482