İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək"

İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək""Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf edir. İqtisadi sahədə hər iki ölkə dünyada bir nömrəli tərəfdaşdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, son illər Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb: "Bu əlaqələr bu gün də inkişaf etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya etdiyi dövlət səfərinin ən ümdə nəticələrindən biri də iki ölkə arasında qeyri-neft sektorunda olan əlaqələrin inkişafı olacaq. Hesab edirəm ki, iki ölkə arasında kənd təsərrüfatı, ağır sənaye və hərbi sahədə olan əməkdaşlıq daha da inkişaf edəcək".

İşçi qrupunun rəhbəri xatırladıb ki, ötən il Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib: "Bu da iki ölkə münasibətlərinin yeni əməkdaşlığına təkan verib. Prezidentin budəfəki səfərində 25-dən artıq sənəd imzalanıb. Onlardan ən önəmlisi "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"dir. Bu da rəsmi Bakı və Roma arasında olan münasibətlərin yeni mərhələsi olacaq".

Deputat Azər Kərimli:

"İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib".

A.Kərimli qeyd edib ki, iki ölkə arasındakı əlaqələr təkcə iqtisadi və ticari sahədə deyil, eləcə də siyasi müstəvidə də yüksək səviyyədədir: "İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. İtaliya Deputatlar Palatası və Senatının üzvləri ilə sıx əlaqələrimiz mövcuddur. Bu əlaqələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi şəklində özünü büruzə verir. Budəfəki səfərdə imzalanan çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Qeyd olunur ki, mövcud problem BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun həllini tapmalıdır".

Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında humanitar və mədəni sahədə olan əməkdaşlıqda Heydər Əliyev Fondunun böyük rolu var: "Bu əməkdaşlıq illərdir ki, davam edir və bundan sonra daha da genişlənəcək".

A.Kərimli həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında hərbi sahədə olan əməkdaşlığa da öz töhfəsini verəcək: "Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" şirkəti arasında sənəd imzalanıb. Bu da "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlıdır. Bütün bunlar iki ölkə arasında olan əlaqələri daha da gücləndirəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862