Assosiasiya sədri: "SOCAR Gürcüstandakı fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir"

Assosiasiya sədri: "SOCAR Gürcüstandakı fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir"Azərbaycan və Gürcüstan, dövlət müstəqilliklərini eyni vaxtda əldə edərək, həmişə səmimi qonşuluq münasibətlərini qoruyub saxlaya biliblər. Ermənistanın işğalçı siyasəti nəticəsində Gürcüstan Azərbaycanın dünya bazarlarına açılan əsas qapısına çevrilib və hər iki ölkə bu tərəfdaşlıqdan bəhrələnib. İki ölkə arasında əməkdaşlığın aparıcı qüvvəsi isə Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-dır.

2006-cı ildən etibarən, SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. 2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox investisiya qoyulub. Hazırda Gürcüstanda "SOCAR Georgia Energy", "SOCAR Georgia Petroleum", "SOCAR Georgia Gas", "SOCAR Georgia Security" şirkətləri və Kulevi neft terminalı uğurla fəaliyyət göstərir. 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard ABŞ dolları həcmində vergi ödənilib. Bu məbləğ SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə təqribən bərabərdir. SOCAR Gürcüstanın da ən böyük vergi ödəyicisidir.

Assosiasiya sədri: "SOCAR Gürcüstandakı fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir"Gürcüstan əhalisinin 30%-dən çoxu başqa millətlərin nümayəndələrindən ibarətdir. Azərbaycanlılar Gürcüstanda ən böyük etnik qrupdur. Bu gün Gürcüstan Respublikasının ərazisinə daxil olan tarixi Azərbaycan torpaqlarında, təxminən, 200-dən artıq kənddə 300 min nəfərə yaxın azərbaycanlı yaşayır. Onlar, əsasən Borçalıda (Kvemo Kartli), başqa sözlə, ölkənin cənub-şərqi və mərkəzi rayonlarında: Marneulidə, Qardabanidə, Bolnisidə, Dmanisidə yaşayırlar. Bu dörd rayonda çoxluq da azərbaycanlılara məxsusdur. Azərbaycanlıların bir hissəsi isə ölkənin paytaxtı Tbilisidə, Kvemo Kartli mxaresinin inzibati mərkəzində — Rustavi şəhərində və digər yerlərdə məskunlaşıblar. Lakin son dövrdə bir çox soydaşlarımız Gürcüstan iqtisadiyyatına tam inteqrasiya edə bilməyib, öz ata yurdlarını tərk edərək Azərbaycana, Rusiyaya və digər ölkələrə köçməyə məcbur olublar. Prosesin bu cür davam etməsi tarixi Borçalıda azərbaycanlıların mədəni irsinin itirilməsinə gətirib çıxara bilərdi.

SOCAR Gürcüstanda iqtisadi fəaliyyəti ilə yanaşı, həm də öz ata yurdlarında yaşayan etnik azərbaycanlıların sosial problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır: soydaşlarımıza dəstək olur, onların cəmiyyətə inteqrasiya olunması və uğur əldə etməsi üçün müxtəlif sahələrdə sosial layihələr həyata keçirir. Gəlin, bu layihələrlə daha yaxından tanış olaq.

Assosiasiya sədri: "SOCAR Gürcüstandakı fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir"Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, SOCAR şirkəti Gürcüstanda yaşayan fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir.

Onun sözlərinə görə, şirkətin Gürcüstan nümayəndələyinə rəhbərlik etdiyi təşkilatın adından ünvanlanan hər bir müraciət dərhal və qısa zaman ərzində diqqətə götürülür: "Son illər ərzində SOCAR şirkəti təşkilatımıza 210 ədəd əlil arabası hədiyyə edib. Bununla yanaşı fiziki məhdudiyyətli 400 şəxsin ehtiyacı olduğu 500-dən çox dərman preparatlarının alınmasına, ərzaq yardımlarının paylanılması və digər sosial layihələrin həyata keçirilməsinə də dəstəyini əsirgəməyib".

R.Əliyev deyib ki, şirkət üç əlil azərbaycanlının əməliyyat xərclərini də öz üzərinə götürüb. "SOCAR-ın dəstəyi sayəsində əlillər üçün 1 000 ədəd hüquqi maarifəndirmə kitabçası nəşr olunub. Dəstək layihələri çərçivəsində fiziki imkanları məhdud azərbaycanlı gəncin İlya Dövlət Universitetində təhsil almasına da yardım göstərilib".

Assosiasiya sədri SOCAR şirkətinin onlara göstərdiyi böyük diqqət və qayğını yüksək qiymətləndirib: "Şirkət azərbaycanlı əlilləri narahat edən istənilən məsələni təxirəsalınmadan diqqətə götürür. Assosiasiyanın üzvləri bu böyük dəstəyə və mərhəmətə görə ilk növbədə Azərbaycan dövlətinə, SOCAR şirkətinin və Gürcüstan nümayəndəliyinin rəhbərliyinə böyük minnətdarlıqlarını bildirirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 533   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

21:30 0
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 221
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12
.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

21:51 0
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251