General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"

General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Bu müzakirələr tam olaraq Azərbaycan Prezidentinin açıq üstünlüyü ilə baş tutdu.

N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.

Hazırda Azərbaycan cəmiyyəti Münhen debatını geniş müzakirə edir. Bəs debat Azərbaycan Ordusunun əsgər və zabitləri arasında necə qarşılanıb?

Məsələni "Report"a şərh edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Münhen debatını yüksək qiymətləndirib:

"Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xeyli sayda görüşlər keçirdi. Dövlət başçısı eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatda çox yüksək səviyyədə çıxış etdi. Doğrusu, əvvəldən bilirdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında suallara faktiki cavab verə bilməyəcək. İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov:

"İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin".

Hər birimiz fəxrlə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına qulaq asdıq, debatın tərcüməsini oxuduq. İlham Əliyevin qətiyyətli danışığı, sözsüz ki, düşmənə müharibə mesajını verirdi".

Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Report"a açıqlamasında debatın işğal olunmuş torpaqların bir daha kimə aid olduğunu sübuta yetirdiyini deyib: "Beynəlxalq qurumların, siyasi ekspertlərin, tarixçilərin iştirak etdiyi debatda Azərbaycan Prezidentinin çıxışı ilk növbədə onun yüksək insani dəyərlərə malik olduğunu göstərdi. Cənab prezident çox dəqiq, tarixi faktlarla Paşinyana göstərdi ki, bu torpaqlar Azərbaycanındır və nəyin bahasına olursa olsun, gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək bir daha göstərdi ki, Ermənistan işğalçıdır.

Prezident İlham Əliyev peşəkar siyasətçi və təcrübəli dövlət başçısı kimi qarşı tərəfin – Nikol Paşinyanın üzərində böyük üstünlük qazandı. Paşinyan bütün debat boyu siyasi cəhətdən savadsız bəhanələr gətirirdi, fikirlərini əsaslandıra bilmirdi. Buna cəhd edəndə də hansısa uydurma məlumatlara istinad edərək populist çıxış edirdi".

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:

"Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur".

Ehtiyatda olan polkovnik bildirib ki, Münhen debatı nəticəsində beynəlxalq qurumlar tərəflər arasındakı fərqi və kimin haqlı olduğunu görə bildi.

Onun fikrincə, Prezident çıxışı ilə Azərbaycanın mövqeyini ortaya qoymaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün orduya əmr də verdi: "Bu əmr ondan ibarətdir ki, ordu hər vaxt torpaqlarımızı azad etməyə hazır olmalıdır!

Dialoqun nəticəsi onu göstərdi ki, Silahlı Qüvvələrimizdə xidmət edən heyət, əsgərdən tutmuş birinci şəxsə kimi bir söz deyir: Biz əmr gözləyirik! Azərbaycan Silahlı Qüvvələri torpaqları işğalçılardan azad etmək üçün hər an əmr ala bilər.

Mənə elə gəlir ki, Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur.

Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu da hər vaxt döyüşə hazır olması, öz fəaliyyəti nəticələri, beynəlxalq səviyyədə keçirilən hərbi yarışlarda iştirakı və təlimlərlə döyüşə hazır olduğunu təsdiqləyir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1606   Tarix: 19 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221