"Mən özümdən 30 yaş kiçik qadınla..." - 65 yaşlı Elşad Qarayevin cavabı HİDDƏTLƏNDİRDİ

"Mən özümdən 30 yaş kiçik qadınla..." - 65 yaşlı Elşad Qarayevin cavabı HİDDƏTLƏNDİRDİ

Qadın müğənnilərdən duet oxumaq istədiyin var?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Elşad Qarayevə müraciət edib.

Müğənni Azərbaycanda qadın müğənni ilə duetin ailədə söz-söhbət yaratdığını bildirib

"Yox, söz-söhbət olur. Biz elə yerdəyik ki... Rusiya, İngiltərə olardı. Mən oxuyanda gərək öz yaşıdımla oxuyum. Mən özümdən 30 yaş kiçik qadınla sevgidən necə oxuyum? Gərək mənim öz yaşıma uyğun olsun".

Aparıcı 65 yaşlı müğənninin cavabına hiddətlənib:

"Vaxtı ilə Mirzə Babayevlə Brilliant Dadaşova oxudu, Nərgiz Cəlilova Rafiq müəllimlə (Diktor Hüseynov Rafiq - rec) oxudu, Alim Qasımov Almaz Ələsgərli ilə oxudu. Sənin özünün fikrin qaradır deyə elə düşünürsən. Mən baxıram, sən bütün günü Çinanın (Çingiz Əhmədov, Space Telekanalı) verilişində cavan qızlarla "medlinni" oynayırsan. O ayıb deyil, amma oxumaq ayıbdır?!"

Tolikin sözləri studiayada gülüşlə qarşılanıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2143 Tarix: 18.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol