Professor: "Yüksək Sıxlıqlı Polietilen zavodu kiçik biznesin inkişafına böyük təsir göstərir"

Professor: "Yüksək Sıxlıqlı Polietilen zavodu kiçik biznesin inkişafına böyük təsir göstərir"Bu gün "SOCAR Polymer"in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini "Maire Tecnimont" şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. Məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib. Zavodda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur.

Bəs bu zavodun Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti nədir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı "APA-Economics"ə bildirib ki, Yüksək Sıxlıqlı Polietilen zavodunun Azərbaycan iqtisadiyyatı üçün böyük önəmi var.

"Bildiyiniz kimi, ölkədə hələ ötən əsrin 60-cı illərindən aşağı sıxlıqlı polietilen istehsal edilir. Bu məhsul yumşaq material olduğundan polietilen plyonka kimi yumşaq materialların hazırlanmasında istifadə olunur. Yəni onun tətbiq sahələri bir o qədər də geniş deyil. Yüksək sıxlıqlı polietilen isə daha möhkəm material olduğuna görə onun əsasında həm məişətdə, həm də bilavasitə sənayedə, texnikada istifadə edilən məmulatların istehsalında istifadə etmək olar. Bazarda bu materialın çatışmazlığı var idi. Ölkəmizdə bu zavodun inşası həmin çatışmazlığı aradan qaldırmış oldu", - deyə Y. Qəhrəmanlı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda yüksək sıxlıqlı polietilenin istehsalı onun aşağı qiymətə satılmasına imkan yaradır, bu isə kiçik biznesin inkişafına böyük təsir göstərir: "Ümumiyyətlə, bu zavodun iqtisadiyyatımız üçün böyük rolu var. Bu tip məhsulun daxildə istehsal olunması və nisbətən aşağı qiymətə satılması kiçik biznesimizə böyük təsir göstərir. Onun inkişafına təkan verir".

Bundan başqa, professor yüksək sıxlıqlı polietilenin qranul formasında ixrac olunmasının ölkəyə gəlir gətirməsi baxımından da rolunu vurğulayıb. Y. Qəhrəmanlı zavodun məşğulluq yaradılması baxımından da əhəmiyyətini qeyd edib: "Belə bir zavodun Azərbaycanda inşa olunması yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən də belə zavodun ölkədə inşasını müsbət qiymətləndirirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 465   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264